Əlixan Musayev:
İxtilafa düşdüyünüz şeylər barəsində hökm vermək ancaq Allaha aiddir. Bu mənim Rəbbim olan Allahdır. Mən yalnız Ona təvəkkül edir və yalnız Ona üz tuturam.
Bünyadov-Məmmədəliyev:
Siz nəyin barəsində ixtilaf etsəniz, onun hökmü yalnız Allaha aiddir. Bu mənim Rəbbim olan Allahdır. Mən (bütün işlərimdə) ancaq Ona təvəkkül edir, ancaq Ona tərəf qayıdıram! (Ona tövbə edirəm!)
Elmir Quliyev
:
Решение всего, в чем вы расходитесь во мнениях, остается за Аллахом. Скажи: "Таков Аллах, мой Господь! Я уповаю только на Него и к Нему обращаюсь".
Ələddin Sultanov:
İxtilafa düşdüyünüz hər bir şeyin hökmü Allaha məxsusdur. (De:) “Mənim Rəbbim məhz bu Allahdır! Mən Ona təvəkkül edir və Ona yönəlirəm”.
Kerbelayi Malik ağa:
Bir şey haqqında ixtilafa düşsəniz, artıq onun hökmü Allaha aiddir. Bu mənim Rəbbim olan Allahdır. Ona təvəkkül etdim və Ona yönəlirəm.
Ələsgər Musayev:
Nədə ki, ixtilaf etdiniz şeydən, hökmü onun
tərəfinədir Allahın. Bu sizin üçün Allahdır – mənim
Rəbbimdir! Ona təvəkkül edirəm və Ona tərəf qayıdıram!
A.Mehdiyev və D.Cəfərli:
Barəsində ixtilafda olduğunuz (dini və dünyəvi) mövzuların hökmü Allaha qayıdır. Mənim Rəbbim belə Allahdır. Ona təvəkkül etdim və Ona tərəf qayıdacağam.
Kövsər Tağıyev:
İxtilaf etdiyiniz hər şeyin hökmü Allaha aiddir. Bax bu, Rəbbim Allahdır. Yalnız Ona təvəkkül etdim və sadəcə Ona üz tuturam.
M.Qənioğlu və T.Bilaloğlu:
Siz hansı bir şey barəsində ixtilafda olsanız, onun həlli Allaha aiddir. (De:) "Budur Allah - mənim Rəbbim! Mən ancaq Ona təvəkkül etdim və ancaq Ona üz tuturam!"
Sabirə Dünyamalıyeva:
Və haqqında ixtilafa düşdüyünüz hər hansı bir şey... Artıq onun hökmü Allaha aiddir. Bax budur, bu, mənim Rəbbim Allahdır. Mən yalnız Ona işin nəticəsini həvalə etdim və mən yalnız, Ona yönəlirəm”.