Əlixan Musayev:
O, yeri sizin üçün beşik etdi və orada sizin üçün yollar saldı ki, bəlkə düz gedə biləsiniz.
Bünyadov-Məmmədəliyev:
O Allah ki, yeri sizin üçün beşik etdi və (istədiyiniz yerə) doğru-düzgün gedə biləsiniz deyə, orada sizin üçün yollar saldı.
Elmir Quliyev
:
Он сделал для вас землю колыбелью и создал для вас на ней дороги, чтобы вы могли следовать прямым путем.
Ələddin Sultanov:
O, yer üzünü sizin üçün beşik etdi və doğru yolda gedə biləsiniz deyə, orada yollar yaratdı.
Kerbelayi Malik ağa:
Sizə yer üzünü döşək edən və sizin üçün orada yollar yaradan Odur. Ola bilsin ki, beləcə siz hidayətə ərərsiniz.
Ələsgər Musayev:
Odur ki, etdi sizin üçün ərzi beşik və
etdi sizin üçün orada yollar, ola ki, hidayət olunasınız!
A.Mehdiyev və D.Cəfərli:
Həmin O (Allah) ki, yer üzünü sizin üçün (beşik kimi) rahatlanmaq yeri etdi və bəlkə (öz dünyəvi hədəflərinizə, tovhid və onun kamilliyinə) hidayət olunasınız deyə sizin üçün onda yollar yaratdı.
Kövsər Tağıyev:
O, yer üzünü sizə beşik edən və gedəcəyiniz yerə çatasınız deyə sizin üçün orada yollar var edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
O, yer üzünü sizin üçün beşik etdi və sizə orada yollar yaratdı ki, bəlkə düz gedəsiniz.
Sabirə Dünyamalıyeva:
O Allah ki, yer üzünü sizin üçün bir beşik etdi. Artıq yönləndirildiyiniz doğru yolda gedəsiniz deyə bəzi yollar da əmələ gətirdi.