Duxan Surəsi 10. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Sən göyün aşkar bir dumana bürünəcəyi günü gözlə! (O gün müşriklərə elə bir aclıq üz verəcəkdir ki, gözləri qaranlıq gətirib yerlə göyün arasını, sanki bir duman bürüdüyünü görəcəklər!)
Elmir Quliyev :
Подожди же того дня, когда небо принесет ясный дым ,
Ələddin Sultanov:
Ona görə sən göydən açıq-aydın bir duman gələcəyi günü gözlə! (Ayədəki “duman” haqqında iki rəvayət vardır. Bir rəvayətə görə, dumandan məqsəd qıtlıq quraqlıqdır. Çünki o dövrdə şiddətli quraqlıq qıtlıq olmuş, qüreyşlilər buna görə Həzrət Peyğəmbərə müraciət etmişdilər. Digər bir rəvayətə görə isə, bu duman qiyamət əlamətlərindən olub şərq qərbin arasını bürüyəcək gerçək bir dumandır.)
Kerbelayi Malik ağa:
Artıq göyün açıq-aşkar duman (fitnə) gətirəcəyi günü gözlə.
Ələsgər Musayev:
Gözlə günü, onda ki, gələr səmadan aşkar duman.
A.Mehdiyev və D.Cəfərli:
Buna görə (Qiyamətin müqəddiməsi olaraq) göyün aşkar tüstü gətirəcəyi günü gözlə.
Kövsər Tağıyev:
Lakin onlar şübhə içində əylənirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən göyün açıq-aşkar tüstü verəcəyi günü gözlə.
Sabirə Dünyamalıyeva:
İndi sən, göyün, açıq-aşkar bir qıtlıq gətirəcəyi günü gözlə.