Əlixan Musayev:
De: “Bir deyin görək, əgər (bu) (Quran) Allah tərəfindəndirsə və siz də onu inkar etmisinizsə, İsrail oğullarından da bir şahid onun bənzərinə şahidlik edib iman gətiribsə, siz isə təkəbbür göstərmisinizsə, (zülm etmiş olmazsınızmı)? Allah zalımları doğru yola yönəltməz!”
Bünyadov-Məmmədəliyev:
De: “Bir deyin görək, əgər (bu Quran) Allah dərgahından olsa, siz onu inkar etsəniz, İsrail oğullarından da bir şahid (Quranın həqiqiliyinə) onun özü kimisi (Tövrat) ilə şəhadət verib iman gətirsə və siz (yenə ona qarşı) təkəbbür göstərsəniz (zalım olmazsınızmı)? Allah zalımları doğru yola müvəffəq etməz!”
Elmir Quliyev
:
Скажи: "А что, если Коран — от Аллаха, а вы не уверовали в него? Свидетель из числа сынов Исраила (Израиля) засвидетельствовал о том, что было подобно ему, и уверовал в него, а вы возгордились. Воистину, Аллах не наставляет на прямой путь беззаконников!"
Ələddin Sultanov:
De: “Deyin görüm, əgər (bu Quran) Allah tərəfindən nazil olduğu halda siz onu inkar etsəniz, İsrail oğullarından da bir şahid onun bənzərini (Tövratı) görüb iman gətirdiyi halda siz təkəbbürlənsəniz, zülm etmiş olmazsınızmı? Şübhəsiz ki, Allah zalımları doğru yola yönəltməz”. (Təfsirlərdə qeyd edilən bir rəvayətə görə, bu ayədə keçən “İsrail oğullarından olan şahid” Musa peyğəmbərdir. Digər bir rəvayətə görə isə, Həzrət Peyğəmbərin dövründə İslam dinini qəbul edən yəhudi əsilli Abdullah ibn Salamdır.)
Kerbelayi Malik ağa:
De ki: ‘Gördünüzmü? Əgər o Quran, Allahın dərgahından isə və siz Onu inkar etdinizsə, İsrail oğullarından bir şahid Onun mislinə şahid oldusa, beləcə iman etdisə və siz də təkəbbürlük (böyüklük) göstərdinizsə, şübhəsiz ki, Allah zalımlar qövmünü hidayətə ərdirməz.’
Ələsgər Musayev:
De: «Ə, gördünüzmü, əgər oldu o, Allah yanından və siz
onunla kafir oldunuz və şahid Israil oğullarından şəhadət verdi
üzərinə onun mislinə və o, inandı və siz təkəbbürlü oldunuz?»
Həqiqətən, Allah zalim qoumu hidayət etməz!
A.Mehdiyev və D.Cəfərli:
De: «Mənə xəbər verin (görüm) əgər bu (Qur’an) Allah tərəfindən olsa və siz küfr etsəniz, İsrail övladlarından bir şahid (bəzi yəhudi alimləri) isə onun bənzərinə (Qur’an kimi olan və Qur’anın doğruluğuna şahid olan həqiqi Tövrata) şəhadət verib iman gətirsə, siz isə təkəbbür göstərsəniz (sizcə siz çox çətin bir azğınlıq içərisində qalmazsınızmı)?» Həqiqətən Allah zalımları (imanın kamillik dərəcələrinə) yönəltməz.
Kövsər Tağıyev:
De ki: “Nə düşünürsünüz? Əgər bu, Allah qatındandırsa və siz onu inkar etmisinizsə, İsrail oğullarından bir şahid də bunun bənzərinə (Tövratda görərək) şahidlik edib inandığı halda siz yenə də təkəbbür göstərmisinizsə (haqsızlıq etmiş olmazsınızmı?). Şübhəsiz, Allah zalımlar güruhunu doğru yola yönəltməz”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Bir deyin görüm, əgər o [Quran], Allah tərəfindəndirsə və siz də onu inkar edirsinizsə, İsrail övladlarından bir şahid ona bənzərinə şahidlik edib iman gətiribsə, siz isə təkəbbür göstərmisinizsə, (öz-özünüzə zülm etmiş olmazsınızmı)? Allah doğrudan da haqsız adamlara düz yol göstərməz."
Sabirə Dünyamalıyeva:
De ki: "Heç düşündünüzmü? Əgər Quran, Allah tərəfindən isə və siz də onu bilə-bilə inkar etmişsinizsə, bununla birgə İsrail oğullarından bir şahid də onun bir bənzəri ilə şəhadət verib inanmışsa, siz də təkəbbür göstərsəniz... Şübhəsiz ki, Allah şirk qoşaraq səhv, öz zərərlərinə olan əməli işləyənlər tayfasını doğru yola yönəltməz."