Maidə Surəsi 10. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kafir olub ayələrimizi yalan sayanlar isə Cəhənnəm sakinləridirlər.
Bünyadov-Məmmədəliyev:
Kafir olub ayələrimizi təkzib edənlər isə cəhənnəmlikdirlər!
Elmir Quliyev :
А те, которые не уверовали и сочли ложью Наши знамения, окажутся обитателями Ада.
Ələddin Sultanov:
Kafir olub ayələrimizi yalanlayanlar isə cəhənnəm əhlidirlər.
Kerbelayi Malik ağa:
İnkar edib ayələrimizi yalanlayanlar alovlu atəş (cəhənnəm) xalqıdır.
Ələsgər Musayev:
O kəslər ki, kafir oldular yalan sayıdılar ayətlərimizlə Bizi - həmin onlardır cəhənnəm əshabı!
A.Mehdiyev və D.Cəfərli:
Kafir olub ayələrimizi təkzib edənlər isə Cəhənnəm əhlidirlər.
Kövsər Tağıyev:
İnkar edib ayələrimizi yalanlayanlar ki var, onlar cəhənnəmlikdirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Küfr edib Bizim ayələrimizi yalan hesab edənlər isə - onlar cəhənnəmlikdirlər.
Sabirə Dünyamalıyeva:
İnkar edən ayələrimizi təkzib edən kəslər isə; bax onlar, cəhənnəm əhlidir.