Qəmər Surəsi 10. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O, Rəbbinə yalvarıb: “Məni üstələdilər! (Mənə) kömək et!”– dedi.
Bünyadov-Məmmədəliyev:
(Nuh) Rəbbinə dua edib: “Mən (öz qövmümüm içində) məğlub oldum, buna görə (onlardan) intiqam al!” dedi.
Elmir Quliyev :
Тогда он воззвал к своему Господу: "Меня одолели. Помоги же мне!"
Ələddin Sultanov:
Bu zaman Nuh: “Mən məğlub oldum, yardım et!” - deyə Rəbbinə yalvarmışdı.
Kerbelayi Malik ağa:
Sonunda, Rəbbinə dua etdi: ‘Şübhəsiz ki, mən məğlub oldum. Elə isə (onlardan) intiqam al.’
Ələsgər Musayev:
dua etdi Rəbbinə: «Mən məğlub oldum. Mənə yardım et!»
A.Mehdiyev və D.Cəfərli:
O öz Rəbbini çağırdı ki: «Mən məğlub olmuşam, buna görə (düşmənlərimdən) intiqam al!»
Kövsər Tağıyev:
O da Rəbbinə: “Ey Rəbbim! Mən məğlub oldum, yardım et”, deyə dua etdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Nuh isə öz Rəbbini çağırdı: "Mən məğlub olmuşam, kömək et!"
Sabirə Dünyamalıyeva:
Belə olduqda, Nuh, Rəbbinə yalvardı: "Mən həqiqətən məğlubiyyətə uğradıldım, mənə yardım et!"