Həşr Surəsi 10. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Səhabələrdən) sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!”
Bünyadov-Məmmədəliyev:
Onlardan (mühacirlərdən ənsarlardan) sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!”
Elmir Quliyev :
А те, которые пришли после них, говорят: "Господь наш! Прости нас и наших братьев, которые уверовали раньше нас! Не насаждай в наших сердцах ненависти и зависти к тем, кто уверовал. Господь наш! Воистину, Ты Сострадательный, Милосердный".
Ələddin Sultanov:
Onlardan sonra gələnlər isə: “Ey Rəbbimiz, bizi bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla! İman gətirənlərə qarşı qəlblərimizdə heç bir kin-küdurətə yer vermə! Ey Rəbbimiz, həqiqətən, Sən şəfqətlisən, mərhəmətlisən!” - deyərlər.
Kerbelayi Malik ağa:
Onlardan sonra gələnlər: ‘Rəbbimiz bizi bizdən öncə iman edib köç etmiş qardaşlarımızı bağışla. Qəlblərimizdə amənu olanlara qarşı kinə yer vermə. Rəbbimiz, şübhəsiz ki, Sən Raufsan, Rəhimsən.’ deyərlər.
Ələsgər Musayev:
O kəslər ki, gəldilər onlardan sonra, deyirlər: «Rəbbimiz! Bağışla bizim üçün qardaşlarımız üçün o kəslər ki, bizdən qabağa düşdülər iman ilə qəlbimizdə o kəslərə qarşı ki, inanırlar, kin-küdurətə yer vermə. Rəbbimiz! Həqiqətən, Sən Raufsan, Rəhimsən!»
A.Mehdiyev və D.Cəfərli:
Onlardan (mühacirlərdən ənsardan) sonra gələn(mömin)lər deyərlər: «Ey Rəbbimiz, bizi bizdən öncə iman gətirən qardaşlarımızı bağışla! Bizim qəlblərimizdə iman gətirən kəslərə qarşı bir kin xəyanət qoyma. Ey Rəbbimiz, həqiqətən, Sən çox şəfqətli mehribansan».
Kövsər Tağıyev:
Onlardan sonra gələnlər isə belə deyərlər: “Ey Rəbbimiz! Bizi bizdən əvvəl iman edən qardaşlarımızı bağışla. Qəlblərimizdə iman edənlərə qarşı heç bir kin saxlama! Ey Rəbbimiz! Şübhəsiz, sən çox şəfqətli, çox mərhəmətlisən”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlardan [mühacir ənsarlardan] sonra gələnlər deyərlər: "Rəbbimiz, bizi bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla! Ürəklərimizdə iman gətirənlərə bir kin-küdurət qoyma! Rəbbimiz, Sən ki şəfqətlisən, rəhmlisən."
Sabirə Dünyamalıyeva:
Peyğəmbər dövründəki inananlardan sonra gələn kəslər belə deyərlər: "Rəbbimiz! Bizi imanla bizdən qabağa keçmiş qardaşlarımızı bağışla, qəlblərimizdə iman etmiş kəslər üçün kin yaratma! Rəbbimiz! Şübhəsiz ki, Sən çox şəfqət mərhəmət göstərənsən, çox qoruyansan, asanlaşdıransan, dərin mərhəmət sahibisən!"