Ənam Surəsi 10. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əlbəttə, səndən əvvəlki elçilərə istehza edilmişdi. Amma istehza edənləri, məsxərəyə qoyduqları şey (hər tərəfdən) bürüdü.
Bünyadov-Məmmədəliyev:
Əlbəttə, səndən əvvəlki peyğəmbərlər məsxərəyə qoyulmuşdular. Lakin məsxərəyə qoyanları məsxərəyə qoyduqlarının özü məhv etdi.
Elmir Quliyev :
До тебя посланников также подвергали осмеянию, но тех, кто насмехался над ними, окружало (или постигало) то, над чем они издевались.
Ələddin Sultanov:
Səndən əvvəlki peyğəmbərlər məsxərəyə qoyulmuşdular. Buna görə istehza etdikləri (əzab) məsxərəyə qoyanları bürümüşdü.
Kerbelayi Malik ağa:
And olsun ki, səndən əvvəlki rəsullarla da istehza edilmişdi. Beləcə istehza etdikləri şey onlardan istehza edənləri əhatə etdi (bürüdü).
Ələsgər Musayev:
Əlbəttə, səndən qabaq rəsullarla istehza etdilər. Haqladı o kəsləri ki, məsxərə edirdilər, ki, oldular onunla istehza edənlər.
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, səndən əvvəlki peyğəmbərlər istehza məsxərə olundular. Beləliklə onları məsxərə edən kəslərə məsxərə etdikləri şey (ildırım, zəlzələ sairə) nazil oldu onları bürüdü.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) And olsun, səndən əvvəl bir çox peyğəmbər məsxərəyə qoyulmuşdu. Onları məsxərəyə qoyanları məsxərəyə qoyduqları şey bürüyüb məhv etmişdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Səndən əvvəlki peyğəmbərlər məsxərəyə qoyuldular onlar ilə ələ salmışdılarsa ələ salanların öz başlarına da o gəldi.
Sabirə Dünyamalıyeva:
heç şübhəsiz, səndən əvvəl elçilər məsxərəyə qoyuldu. Sonra da onlardan məsxərə edən kəsləri məsxərə etdikləri şey bürüdü.