Cümə Surəsi 10. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Namaz başa çatdıqdan sonra yer üzünə dağılıb Allahın lütfünü axtarın Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız.
Bünyadov-Məmmədəliyev:
Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın Allahın lütfündən ruzi diləyib axtarın! (Yenə öz işinizə qayıdın!) Allahı çox zikr edin ki, nicat tapıb səadətə qovuşasınız! (Hər iki dünyada muradınıza yetişəsiniz!)
Elmir Quliyev :
Когда же намаз завершится, то разойдитесь по земле, ищите милость Аллаха и часто поминайте Его, быть может, вы преуспеете.
Ələddin Sultanov:
Namaz qılındıqdan sonra yer üzünə yayılın Allahın lütfündən (ruzi) axtarın! Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız!
Kerbelayi Malik ağa:
Artıq namazı qılıb bitirdiyiniz zaman yer üzünə dağılın Allahın fəzlindən istəyin Allahı çox zikr edin. Ümid edilir ki, beləcə siz fəlaha (qurtuluşa) çatarsınız.
Ələsgər Musayev:
Onda ki, sona yetdi islahat, onda yayılın ərzdə axtarın fəzlindən Allahın yad edin Allahı çoxlu, ola ki, nicat tapasınız!
A.Mehdiyev və D.Cəfərli:
namaz qurtardıqda, yer üzünə dağılışın Allahın kərəmindən istəyin (iş ruzi dalınca gedin) Allahı çox zikr edin, bəlkə səadətə yetişəsiniz.
Kövsər Tağıyev:
Namaz qılındıqdan sonra yer üzünə dağılın Allahın lütfündən nəsibinizi axtarın. Allahı çox zikr edin ki, nicat tapasınız.
M.Qənioğlu və T.Bilaloğlu:
Namaz bitdikdən sonra isə yer üzərində yayılıb Allahın lütfündən öz qismətinizi axtarın Allahı tez-tez zikr edin ki, bəlkə uğura qovuşasınız!
Sabirə Dünyamalıyeva:
Sonra da səlat [maddi zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə işi] həyata keçdikdə, dərhal yer üzünə dağılın Allahın nemətlərindən axtarın. zəfər qazanmaq, [öz] vəziyyətinizi qorumaq üçün Allahı çox yad edin.