Əlixan Musayev:
Kafir olub ayələrimizi yalan sayanlara gəldikdə isə, onlar Cəhənnəm sakinləridir. Onlar orada əbədi qalacaqlar. Ora necə də pis dönüş yeridir!
Bünyadov-Məmmədəliyev:
Kafir olub ayələrimizi yalan sayanlara gəldikdə isə, onlar cəhənnəmlikdirlər. Onlar orada həmişəlik qalacaqlar. Ora necə də pis məskəndir!
Elmir Quliyev
:
А те, которые не уверовали и сочли ложью Наши знамения, станут обитателями Огня. Они пребудут там вечно. Как же скверно это место прибытия!
Ələddin Sultanov:
İnkar edən və ayələrimizi yalanlayanlar cəhənnəm əhlidirlər. Onlar orada əbədi qalacaqlar. Ora necə də pis bir dönüş yeridir!
Kerbelayi Malik ağa:
Ayələrimizi inkar edənlər və yalanlayanlar atəş əhlidirlər, orada əbədi qalacaq olanlardır. O, necə də pis dönüş yeridir.
Ələsgər Musayev:
O kəslər ki, kafir oldular və yalan saydılar ayətlərimizlə
Bizi, həmin onlar əshabıdırlar odun, orada həmişəlik
qalacaqlar. Və pis qayıdışdır!
A.Mehdiyev və D.Cəfərli:
Və kafir olub Bizim ayələrimizi və nişanələrimizi təkzib və inkar edən kəslər od əhlidirlər. Onlar orada əbədi qalarlar və ora necə də pis bir dönüş yeridir!
Kövsər Tağıyev:
İnkar edən və ayələrimizi yalan sayanlara gəlincə, onlar cəhənnəmliklərdir, orada əbədi qalacaqlar. Nə pis mənzildir ora!
M.Qənioğlu və T.Bilaloğlu:
Küfr edib ayələrimizi yalan hesab edənlər isə cəhənnəmlikdirlər, orada daimi qalacaqlar. Nə pis bir dönüş yeri!
Sabirə Dünyamalıyeva:
Təkzib edən və ayələrimizi yalan hesab edən kəslər [ki var]; bax onlar, içində əbədi qalanlar olaraq atəş əhlidir. O, necə də pis dönüş yeridir!