Naziat Surəsi 10. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar deyirlər: “Yəni biz (yenidən) bundan qabaqkı halımıza döndərilə­­cəyik?
Bünyadov-Məmmədəliyev:
(Qiyaməti inkar edən kafirlər dünyada istehza ilə) deyirlər: “Doğrudanmı biz (öləndən sonra dirilib) əvvəlki vəziyyətimizə qaytarılacağıq?!
Elmir Quliyev :
Они говорят: "Неужели мы вернемся в прежнее состояние
Ələddin Sultanov:
Onlar deyirlər: “Biz əvvəlki halımızamı döndürüləcəyik -
Kerbelayi Malik ağa:
Deyərlər ki: ‘Həqiqətən biz (məzardakı cəsədlərimiz dirilərək) ilk halımıza geri döndərilən kəslərmi olacağıq?’
Ələsgər Musayev:
Deyərlər: «Ə, həqiqətən, biz bir daha qayıdacayıq əvvəlki kimi?
A.Mehdiyev və D.Cəfərli:
(O kəslər ki, bu gün) deyirlər: «Məgər biz (öldükdən sonra yenidən həyatımızın) əvvəl(ində)ki vəziyyətimizə qaytarılacagıq?!»
Kövsər Tağıyev:
Belə deyərlər: “Biz, həqiqətən, əvvəlki halımıza qaytarılacağıq?”
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar deyərlər: "Doğrudanmı biz əvvəlki vəziyyətə qayıdacağıq?!
Sabirə Dünyamalıyeva:
Onlar, "Biz təzədən əvvəlki halımıza qaytarılacağıq, eləmi?