Ənfal Surəsi 10. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah bunu yalnız bir müjdə onunla qəlbiniz rahatlıq tapsın deyə belə etdi. Qələbə yalnız Allahdandır. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Allah bu köməyi sizə yalnız sizin üçün bir müjdə ürəkləriniz sakit olsun deyə etmişdi. Qələbə yalnız Allahdandır. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!
Elmir Quliyev :
Аллах сделал это лишь доброй вестью, дабы ваши сердца обрели покой. Победа может быть только от Аллаха. Воистину, Аллах Могущественный, Мудрый.
Ələddin Sultanov:
Allah bunu yalnız bir müjdə olsun onunla qəlbləriniz sakitləşsin deyə etmişdi. Yardım (qələbə) yalnız Allahdandır. Şübhəsiz ki, Allah qüdrətlidir, hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Allah (bu yardımı) yalnız bir müjdə onunla qəlblərinizin mütməin (rahat) olması üçün etdi. Allahın dərgahından başqa, yardım yeri yoxdur (yardım ancaq Allahın dərgahındandır). Şübhəsiz ki, Allah Əziz Hakimdir.
Ələsgər Musayev:
Bunu etdi Allah, ancaq bəşarət onunla qəlblərinizin əmin olması. Yardım ancaq yanındandır Allahın. Həqiqətən, Allah Əzizdir, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
Allah onu (həmin köməyi) yalnız (sizin üçün) bir müjdə olması qəlblərinizin onunla rahatlıq tapması üçün etdi (yoxsa, onlar qoşunun içində yalnız qaraltı idilər düşmənin qətlə yetirilməsində birbaşa iştirak etmirdilər). Kömək yalnız Allah tərəfindəndir. Allah yenilməz qüdrət sahibi hikmətlidir.
Kövsər Tağıyev:
Allah bunu ancaq bir müjdə olsun onunla qəlbləriniz təskinlik tapsın deyə etmişdi. Yoxsa yardım ancaq Allah qatındandır. Şübhəsiz, Allah mütləq güc sahibidir, hökm hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah bunu yalnız müjdə olmaq üçün, onunla ürəklərinizin rahatlıq tapması üçün etdi. Qələbə isə yalnız Allahdan olar, həqiqətən, Allah qüvvət hikmət sahibidir!
Sabirə Dünyamalıyeva:
Allah bunu, sırf sizə bir müjdə olsun bununla ürəkləriniz sakit olsun deyə etmişdi. kömək yalnız Allah tərəfindəndir. Şübhəsiz ki, Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir.