Əlixan Musayev:
Onlar hər dəfə əhd bağladıqda içərilərindən bir dəstə onu pozmurmu? Həm də onların çoxu (buna) inanmır.
Bünyadov-Məmmədəliyev:
(Yəhudilər) hər dəfə əhd bağladıqları zaman onların bir qismi onu pozmadımı?! Onların, bəlkə də, çoxu (Tövrata) inanmır.
Elmir Quliyev
:
Неужели всякий раз, когда они заключают завет, часть из них отбрасывает его? Более того, большинство из них не веруют.
Ələddin Sultanov:
Onlar hər dəfə əhd bağladıqlarında onların bir qismi onu pozmadımı?! Əslində, onların çoxu (Tövrata) inanmır.
Kerbelayi Malik ağa:
Onlardan bir qismi əhd bağladıqları zaman hər dəfə onu pozmadılarmı? Bəli (pozdular), onların çoxu iman etməzlər.
Ələsgər Musayev:
Ə, külli nə ki, əhdləşirlər
əhdnən, pozur onu firqəsi onlardan? Bəli! Əksəriyyəti onların
inanmırlar!
A.Mehdiyev və D.Cəfərli:
Nə üçün onlar nə vaxt (Allah və Onun peyğəmbərləri ilə) əhd bağlayıblarsa, onların bir dəstəsi onu pozub?! (Bunlar nəinki əhdi pozurlar,) hətta əksəriyyəti iman gətirmir.
Kövsər Tağıyev:
Onlar nə vaxt bir əhd bağladılarsa, aralarından bir qismi o əhdi pozmadımı? Onsuz da onların çoxu iman etməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar hər dəfə əhd-peyman bağlayarkən onların bir qismi bunu pozmadımı ? Belə ki, onların əksəriyyəti iman gətirmir.
Sabirə Dünyamalıyeva:
Haqq yoldan çıxanlar, nə vaxt bir əhd üzərində razılığa gəlsələr, onlardan bir dəstə onu tərk etmədimi? Əslində onların əksəriyyəti iman gətirməz.