Möminun Surəsi 100. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bəlkə, tərk etdiyim yaxşı əməlləri (indi) edəm”. Xeyr! Onun bu dedikləri ancaq (boş) bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx vardır.
Bünyadov-Məmmədəliyev:
Bəlkə, (indiyə qədər) zay etdiyim ömrüm müqabilində yaxşı bir görüm! (Yaxud, bu günə qədər tərk etdiyim imana qayıdıb saleh bir əməl edim!) Xeyr, bu onun dediyi boş (faydasız) bir sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (qiyamət gününə) qədər maneə (öldükdən sonra qiyamətədək qalacaqları bərzəx aləmi) vardır.
Elmir Quliyev :
Быть может, я стану совершать праведные поступки, которые я отбросил". Но нет! Это всего лишь слова, которые он произносит. Позади них будет преграда вплоть до того дня, когда они будут воскрешены.
Ələddin Sultanov:
Ola bilsin ki, tərk etdiyim o yerdə yaxşı bir görüm”. Xeyr, onun dediyi boş bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər davam edən bərzəx aləmi (qəbir həyatı) vardır.
Kerbelayi Malik ağa:
‘Beləcə tərk etdiyim saleh əməlləri (nəfsi islahedici əməli) işləyərəm.’ Xeyr, şübhəsiz ki, onun söylədiyi yalnız boş bir sözdür. Bəas ediləcəkləri günə qədər onların arxasında bərzəx aləmi vardır.
Ələsgər Musayev:
ola ki, saleh əməl edim, nədən ki, tərk etdim». Belə deyil! Həqiqətən, bu, kəlmədir ki, o, danışır arxalarında bərzəx var qaldırılacaqları günə qədər.
A.Mehdiyev və D.Cəfərli:
bəlkə (dünyada) qoyduğum şey (dünya malı ömür günləri) barəsində yaxşı bir gördüm. Xeyr, bu, onun dediyi (boş) sözdür (gerçəkləşməyəcəkdir). onların qarşısında (qəbirdən) qaldırılacaqları günə qədər Bərzəx (aləmi) vardır.
Kövsər Tağıyev:
tərk etdiyim dünyada saleh bir görüm”, deyər. Xeyr! Bu, sadəcə onun söylədiyi (əbəs) bir sözdür. Onların arxasında yenidən diriləcəkləri günə qədər (davam edən, geri qayıtmalarına əngəl olan) bir pərdə (bərzəx) var.
M.Qənioğlu və T.Bilaloğlu:
bəlkə hədər etdiyim (ömür müqabilində) xeyir əməllər tutam". Əsla! Onun bu sözləri boş sözdür, çünki dirildiləcəkləri günə qədər onlarin arxasında bir sədd vardır.
Sabirə Dünyamalıyeva:
Qətiyyən onun düşündüyü kimi deyil! Bu, şübhəsiz ki, onun söylədiyi bir sözdür. Təzədən dirildiləcəkləri günə qədər onların arxalarında bir maneə var.