Əlixan Musayev:
Ey iman gətirənlər! Əgər Kitab verilənlərdən bir dəstəyə itaət etsəniz, onlar sizi, siz iman gətirdikdən sonra (belə,) döndərib kafir edərlər.
Bünyadov-Məmmədəliyev:
Ey möminlər! Əgər siz kitab əhli olanlardan bir dəstəyə (yəhudilərə) uyarsınızsa, onlar sizi iman gətirəndən sonra döndərib kafir edərlər.
Elmir Quliyev
:
О те, которые уверовали! Если вы покоритесь некоторым из тех, кому было даровано Писание, то они обратят вас в неверующих после того, как вы уверовали.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Əgər kitab əhlindən olan bir dəstəyə tabe olsanız, onlar imanınızdan sonra sizi (təkrar) küfrə (cahiliyyə dövrünə) döndərərlər.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Əgər o kitab verilənlərdən bir qrupa itaət etsəniz, sizi imanınızdan sonra kafirliyə döndərərlər.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Əgər itaət
etsəniz firqələrin o kəslərindən ki, əta edilib kitab, döndərərlər
sizi küfürə iman gətirdikdən sonra!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman g?tir?nl?r, ?g?r (s?mavi) kitab verilmis k?sl?rd?n bir d?st?y? ita?t ets?niz, (onlar) sizi iman?n?zdan sonra kufr? qaytararlar.
Kövsər Tağıyev:
Ey iman edənlər! Kitab verilənlərdən hər hansı bir firqəyə tabe olsanız, imanınızdan sonra sizi döndərib kafir edərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Kitab bəxş olunanların bir dəstəsinə itaət etsəniz, onlar siz iman gətirdikdən sonra kafirə çevirərlər.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Kitab əhlindən hər hansı bir dəstəyə itaət etsəniz, siz iman gətirdikdən sonra sizi, kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] olaraq döndərərlər.