Əlixan Musayev:
Biz Musaya doqquz aşkar möcüzə verdik. İsrail oğullarından soruş; (Musa )onların yanına gəldikdə Firon ona: “Ey Musa! Mən sənin ovsunlandığını zənn edirəm”– demişdi.
Bünyadov-Məmmədəliyev:
Biz Musaya doqquz aşkar möcüzə (əsa, günəş kimi parlayan yədi-beyza, çəyirtkə və digər həşərat, qurbağa, qan, qıtlıq, daşların arasından fəvvarə verib çıxan su, dənizin yarılması və Tur dağının qaldırılıb İsrail oğullarının başları üstündə saxlanılması) verdik. İsrail oğullarından soruş: (Musa) onların yanına gəldikdə, Firon ona: “Ya Musa! Mənə elə gəlir ki, sən ovsunlanmışsan (ağlın başında deyildir)”, - demişdi.
Elmir Quliyev
:
Мы даровали Мусе (Моисею) девять ясных знамений. Спроси сынов Исраила (Израиля) о том, как Муса (Моисей) пришел к ним, и Фараон сказал ему: "О Муса (Моисей)! Воистину, я полагаю, что ты околдован".
Ələddin Sultanov:
Şübhəsiz, Biz Musaya açıq-aşkar doqquz möcüzə verdik. İsrail oğullarından da soruş. Musa onların yanına gəldiyi zaman Firon ona: “Ey Musa! Mən sənin ovsunlandığını zənn edirəm”, - demişdi.
Kerbelayi Malik ağa:
And olsun ki, Biz Musaya (ə.s) açıq-aşkar 9 möcüzə verdik. Bunları İsrail oğullarından soruş. Onlara (Musa ə.s) gəlmişdi. O zaman Firon belə demişdi: ‘Ey Musa! Mən sənin ovsunlandığına qəti şəkildə inanıram.’
Ələsgər Musayev:
Əlbəttə, Biz əta etdik
Musaya doqquz aydın ayət. Sual et Israil oğullarından, onda
gəldi onlara, dedi Firaun ona: «Mən səni, ay Musa, sehrlənmiş
zənn edirəm».
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Musaya (tovhidin və onun peyğəmbərliyinin isbatı üçün) doqquz aydın nişanə və möcüzə verdik. Buna görə də İsrail övladlarından (Musanın möcüzələrlə) onların yanına gəldiyi zamanı soruş. Firon (möcüzələri müşahidə edərək ona) dedi: «Ey Musa, şübhəsiz, mən səni ovsunlanmış zənn edirəm».
Kövsər Tağıyev:
And olsun, biz Musaya açıq-aşkar doqquz möcüzə verdik. İsrail oğullarından soruş (sənə danışsınlar). Bir vaxt Musa onlara gəlmiş və Firon ona: “Mən sənin ovsunlandığını zənn edirəm, ey Musa!” – demişdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz Musaya doqquz aydın möcüzə bəxş etdik. Sən İsrail övladlarından bir soruş; Musa onların yanına gələndə Firon ona demişdi: “Ey Musa, mən sənin sehrlənib (ağlını itirdiyini) zənn edirəm.”
Sabirə Dünyamalıyeva:
Və and olsun, Biz Musaya aşkar doqquz; bir çox ayə [işarət/nişan] verdik. -Buyur, İsrail oğullarından soruş.- Bir zaman Musa, onlara gəldi, Firon ona: "Ey Musa! Mən sənin ovsunlanmış olduğunu həqiqətən bilirəm" demişdi.