Əlixan Musayev:
O kəslərə ki, gözlərinə Məni anmamaq üçün pərdə çəkmişdilər, özləri də eşidə bilmirdilər.
Bünyadov-Məmmədəliyev:
O kəslər ki, gözləri Məni anmaqdan qapalı (pərdəli) idi və eşitməyə də qadir deyildilər. (Onlar Quranın ülviyyətini, Mənim ayələrimi, qüdrətimə dəlalət edən əlamətləri görmür, öyüd-nəsihətlərimi də eşitmirdilər).
Elmir Quliyev
:
на глазах которых было покрывало, отделяющее их от поминания Меня, и которые не могли слышать.
Ələddin Sultanov:
O (kafirlər) ki, gözləri pərdəli olduğu üçün Məni anmır və (haqqı) eşidə bilmirdilər.
Kerbelayi Malik ağa:
Onlar gözləri ‘Məni zikr etməkdən’ pərdəli olanlardır və onlar (Məni) eşitməyə qadir deyillər.
Ələsgər Musayev:
o kəslər ki, Mənim zikrimə qarşı gözləri bağlı oldu
və oldular onu eşitmək istəməyənlər.
A.Mehdiyev və D.Cəfərli:
O kəslər(ə) ki, qəlb gözləri Məni anmaqdan pərdədə idi və (Mənim sözlərimi) eşidə bilmirdilər.
Kövsər Tağıyev:
gözləri zikrimə (Qur`ana) qarşı pərdəli olan və onu dinləməyi belə bacarmayan kafirlərə
M.Qənioğlu və T.Bilaloğlu:
O kəslərin ki, onlann gözü Mənim Zikrim [ayələrim] üçün qapalıdır və onlar eşidə də bilmirlər
Sabirə Dünyamalıyeva:
Məni xatırladan işarətlərim/nişanələrim qarşısında gözlərində bir pərdə olan və vəhyə qulaq verməyə gücləri olmayan kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər]