Əlixan Musayev:
Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir elçi gəldikdə Kitab verilənlərdən bir dəstə guya (həqiqəti) bilmirmiş kimi Allahın Kitabına arxa çevirdilər.
Bünyadov-Məmmədəliyev:
Allah tərəfindən onlara əllərindəkini (Tövratı) təsdiq edən bir peyğəmbər gəldikdə kitab verilənlərdən (yəhudilərdən) bir qismi (Tövratda Muhəmməd əleyhissəlamın həqiqi peyğəmbər olduğu barədə deyilənləri) guya bilmirmiş kimi, Allahın kitabına arxa çevirdi.
Elmir Quliyev
:
Когда к ним пришел Посланник от Аллаха (Мухаммад), подтвердивший правдивость того, что было у них, некоторые из тех, кому было даровано Писание, отбросили Писание Аллаха за спины, словно они не знают истины.
Ələddin Sultanov:
Onlara Allah tərəfindən özlərində olanı (Tövratı) təsdiqləyən bir peyğəmbər gəldiyi zaman kitab verilənlərdən (yəhudilərdən) bir qismi (Peyğəmbər haqqında Tövratda yazılanları) bilmirmiş kimi Allahın kitabına arxa çevirdilər.
Kerbelayi Malik ağa:
Onlara Allahın dərgahından yanlarındakı (Kitabı) təsdiq edən bir rəsul gəldiyi zaman, kitab verilənlərdən bir qismi sanki bilmirmiş kimi Allahın Kitabına arxa çevirdilər.
Ələsgər Musayev:
Amma elə ki, gəldi onlara Allah yanından
rəsul - təsdiqləyir nə ki, onlarladır, atdı firqəsi o kəslərdən
ki, əta olunub kitab, kitabını Allahın və atdılar arxasına
zühurlarının, elə bil ki, onlar bilmirlər.
A.Mehdiyev və D.Cəfərli:
Onlara (yəhudi və xristianlara) Allah tərəfindən əllərində olanı (Tövrat və İncili) təsdiq edən bir peyğəmbər gəldikdə, onlardan kitab (elmi) verilmiş bir dəstə Allahın kitabına (Qur’ana və ya öz kitablarına, onun Allahın kitabı olmasını) bilmirmiş kimi arxa çevirdi.
Kövsər Tağıyev:
Onlara Allah qatından, əllərində olan Kitabı (Tövratı) təsdiqləyici bir peyğəmbər gəldikdə kitab verilənlərdən bir qismi, sanki bilmirlərmiş kimi Allahın Kitabından (Tövratdan) üz döndərdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah tərəfindən onlarda onları təsdiqləyən bir peyğəmbər onlara gələndə Kitab əta olunanlardan bir qismi Allahın Kitabına sanki heç xəbəri yoxmuş kimi arxa çevirdi.
Sabirə Dünyamalıyeva:
Və nə zaman Allah tərəfindən onlara, özlərindəki kitabı təsdiq edən bir peyğəmbər gəlsə, daha əvvəl özlərinə Kitab verilmiş kəslərdən bir qismi, sanki bilmirmiş kimi, Allahın kitabına arxa çevirdi.