Əlixan Musayev:
Onlar bu vəziyyətdə əbədi qalacaqlar. Qiyamət günü onların daşıyacağı yük nə pis (yük) olacaqdır!
Bünyadov-Məmmədəliyev:
Belələri (o günah yükünün) altında (yükü ilə birlikdə Cəhənnəm əzabında) əbədi qalacaqlar. Qiyamət günü onların daşıyacağı yük necə də pisdir!
Elmir Quliyev
:
Они пребудут в таком состоянии вечно. Скверна будет их ноша в День воскресения!
Ələddin Sultanov:
Əbədi olaraq onun (əzabın) içində qalacaqlar. Qiyamət günü bu, onlar üçün necə də pis bir yükdür!
Kerbelayi Malik ağa:
Onlar əzabın içində əbədi qalacaq olanlardır. Qiyamət günü yükləndikləri onlar üçün nə pis yükdür.
Ələsgər Musayev:
Həmişəlik orada qalacaq və çox pis
olacaq onlar üçün qiyamət gününün yükü.
A.Mehdiyev və D.Cəfərli:
Onlar onda (günah yükünün altında) əbədi qalacaqlar. Və o, Qiyamət günü onlar üçün necə də pis bir yük olacaqdır.
Kövsər Tağıyev:
Onlar o günahın cəzası içində əbədi qalacaqlar. Qiyamət günü onların yükləndiyi yük necə də pisdir!
M.Qənioğlu və T.Bilaloğlu:
və onun altında əbədi olacaqdır. Qiyamət günü onların yükü nə pis olacaqdır!
Sabirə Dünyamalıyeva:
Sur üfürülən gün, elə bir yüklə yüklənəcək ki, əbədi onun içində qalsın. Və qiyamət günündə, onlar üçün bu nə pis bir yükdür!