Əlixan Musayev:
Əzəlcədən ən gözəl aqibət yazılmış insanlara gəldikdə isə, onlar Oddan uzaqlaşdırılmış olacaqlar.
Bünyadov-Məmmədəliyev:
(Yaxşı əməllərin mükafatı olaraq) öncədən özlərinə ən gözəl nemət (Cənnət, əbədi səadət) yazılmış kəslər – məhz onlar ondan (Cəhənnəmdən) uzaqlaşdırılmış olacaqlar.
Elmir Quliyev
:
А те, кому Мы изначально определили наилучшее, будут отдалены от нее.
Ələddin Sultanov:
Tərəfimizdən özlərinə ən gözəl (aqibət) təqdir edilmiş kimsələrə gəlincə, onlar oradan (cəhənnəmdən) uzaq tutulacaqlar.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Bizdən özlərinə hüsna (gözəlliklər) yazılmış kimsələr ondan (cəhənnəmdən) uzaqlaşdırılanlardır.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, göndərilmişdi
onlar üçün Bizim tərəfimizdən yaxşılıq, həmin onlar ondan
uzaq olacaqlar.
A.Mehdiyev və D.Cəfərli:
Əlbəttə, tərəfimizdən (dünyadakı imanlarına görə) yaxşılıq (vədi verilib) keçmiş (bağışlanma, şəfaət və Cənnət vəd etdiyimiz) kəslər, həmin oddan uzaq saxlanılacaqlar.
Kövsər Tağıyev:
Şübhəsiz, özləri üçün tərəfimizdən ən gözəl mükafat hazırlanmış olanlar ki var, onlar cəhənnəmdən uzaqlaşdırılmışdırlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Öncədən özlərinə Bizim xeyirxahlığımız dəyən kəslər isə oradan uzaq ediləcəklər.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Bizim tərəfimizdən özləri üçün "Ən gözəl [nemətin]" hazırlandığı kəslər; bax onlar, cəhənnəmdən uzaqlaşdırılmış olacaqlar.