Möminun Surəsi 101. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sur üfürüləcəyi gün onların aralarında qohumluq əlaqəsi olmayacaq onlar bir-birindən hal-əhval tutmayacaqlar.
Bünyadov-Məmmədəliyev:
Sur çalınacağı gün artıq aralarında qohumluq (əlaqəsi) olar, onlar bir-birindən soruşub hal-əhval tutarlar. (Qiyamət günü heç bir qohumluq fayda verməz, qohumlar bir-birini tanımaz; hərə öz hayında olar).
Elmir Quliyev :
А в тот день, когда затрубят в Рог, между ними не останется родственных связей, и они не будут расспрашивать друг друга.
Ələddin Sultanov:
Sura üfürüldüyü gün aralarında qohumluq əlaqəsi qalar, bir-birini soruşub axtararlar.
Kerbelayi Malik ağa:
İzn günü sura üfürüldüyü zaman artıq onların aralarında bir nəsəb (soy bağı, qohumluq) yoxdur. Bir-birlərindən hal-əhval soruşmazlar.
Ələsgər Musayev:
Onda ki, sura üfürülər, onda olmaz onların arasında əsəb-nəsəb o gün bir-birindən sual etməzlər.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə sur (ikinci dəfə) çalınanda (və insanların hamısı diriləndə), həmin gün onların arasında (qorxu dəhşətin çoxluğundan sanki) bir bağlılıq qohumluq olmaz bir-birlərini(n halını) soruşmazlar.
Kövsər Tağıyev:
Sura üfürüldüyü zaman o gün aralarında nəsəb yaxınlığı qalacaq, bir-birilərini soraqlayacaqlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Sur çalınanda isə, o günü onların arasında bir qohumluq əlaqəsi olmayacaqdır onlar bir-birlərindən sorğu-sual [hal-əhval] tuta bilməyəcəklər.
Sabirə Dünyamalıyeva:
Artıq Sur üfürüldükdə, bax o gün aralarında soy-kök əlaqəsi yoxdur, kimsə kimsədən bir şey istəyə bilməz.