Əlixan Musayev:
Yer üzündə səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmanıza görə sizə günah gəlməz. Şübhəsiz ki, kafirlər sizin açıq-aydın düşmənlərinizdir.
Bünyadov-Məmmədəliyev:
Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmaq (dörd rəkətli namazı iki rəkət qılmaq) sizə günah hesab edilməz. Həqiqətən kafirlər sizinlə açıq düşməndirlər.
Elmir Quliyev
:
Когда вы странствуете по земле, то на вас не будет греха, если вы укоротите некоторые из намазов, если вы опасаетесь искушения со стороны неверующих. Воистину, неверующие являются вашими явными врагами.
Ələddin Sultanov:
Yer üzündə səfərə çıxdığınız zaman, əgər kafirlərin sizə zərər yetirəcəklərindən qorxsanız, namazı qısaltmağınız sizə günah deyil. Həqiqətən, kafirlər sizin açıq-aşkar düşməninizdir.
Kerbelayi Malik ağa:
Yer üzündə səfərə çıxdığınız zaman kafirlərin sizə zərər verəcəklərindən qorxsanız, o təqdirdə namazı qısaltmanıza görə sizə günah gəlməz. Şübhəsiz ki, kafirlər sizin üçün açıq-aşkar düşməndir.
Ələsgər Musayev:
Onda ki, zərbə vurursuz
ərzdə, əgər kafirlərin sizə zərər yetirəcəyindən qorxarsınızsa,
islahatı qısaltmaq sizin üçün günah olmaz. Həqiqətən, kafirlər
sizin üçün aşkar düşmən oldular!
A.Mehdiyev və D.Cəfərli:
Yer üzündə (hətta bir ağac məsafə miqdarında olsa belə) səfərə çıxdığınız zaman kafirlərin sizə zərər və ziyan vurub incidəcəklərindən qorxduğunuz təqdirdə (öz dörd rükətli) namaz(lar)ınızdan (iki rükəti) azaltmağınızda sizə günah yoxdur. Şübhəsiz, kafirlər həmişə sizə açıq-aşkar düşməndirlər.
Kövsər Tağıyev:
Yer üzündə səfərə çıxdığınız zaman kafirlərin sizin üzərinizə düşəcəyindən qorxarsınızsa, namazı qısaltmağınızdan ötrü sizə bir günah yoxdur. Şübhəsiz, kafirlər sizin açıq-aşkar düşməninizdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Səfərdə olarkən kafirlərin sizə zərər yetirəcəyi qorxusundan namazı qısaltsanız sizin üçün günah deyildir. Doğrudan da kafirlər sizin açıq düşmənlərinizdir.
Sabirə Dünyamalıyeva:
Və yer üzündə səfərə çıxdığınız zaman kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərin] sizə bir pislik edəcəyindən qorxsanız səlatı [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə işini] qısaltmaqda [təhsili-tədrisi qısa etməkdə] sizin üçün bir günah yoxdur. Şübhəsiz ki, kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər], sizin açıq-aşkar düşməninizdirlər.