Maidə Surəsi 101. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın. Əgər Quran nazil edildiyi zaman onlar haqqında soruşsanız, sizə aydın olar. Allah bunları (indiyə qədər verdiyiniz bu cür sualları) əfv etdi. Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Sizə bəlli olunca qanınızı qaraldacaq şeylər barəsində soruşmayın. Əgər onlar haqqında Quran nazil edildikdə soruşsanız, onlar sizə aydın olar. (Lakin pis vəziyyətdə qalar kədərlənərsiniz). Allah onları (indiyə qədər verdiyiniz bu cür sualları) bağışladı. Allah bağışlayandır, həlimdir! (Bəndələrinə əzab verməkdə tələsən deyildir!)
Elmir Quliyev :
О те, которые уверовали! Не спрашивайте о вещах, которые огорчат вас, если станут вам известны. А ведь они станут вам известны, если вы спросите о них, когда ниспосылается Коран. Аллах простил вам это, ибо Аллах Прощающий, Выдержанный.
Ələddin Sultanov:
Ey iman gətirənlər, sizə açıqlanacağı təqdirdə xoşunuza gəlməyəcək şeylər haqqında soruşmayın! Əgər Quran nazil edilərkən onlar haqqında soruşsanız, onlar sizə açıqlanar. Allah onları (indiyə qədər bu cür suallar verənləri) bağışlamışdır. Allah bağışlayandır, həlimdir.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Açıqlandığında sizi üzəcək şeylər barəsində soruşmayın. Əgər Quran endirilərkən ondan soruşsanız, sizə açıqlanar. Allah onlara (bu qanunu bilmədən əvvəl soruşduğunuz şeylərə) görə sizi bağışladı. Allah Ğafurdur, Həlimdir.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! O şeylərdən ötrü sual etməyin, hansı ki, əgər sizə aşkar olarsa, sizi rahatsız edər. Əgər siz Qur’an nazil olduqda soruşsanız, onlar sizin üçün aşkar olar. Allah onlara görə əfv etdi Allah Ğəfurdur, Həlimdir!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, (ömrün müddəti, dostların ölümü, var-dövlətin əldən çıxması yaradılış aləminin hikmətinə kamil quruluşuna uyğun olaraq gizli qalan məsələlər kimi) sizə aşkar olacağı təqdirdə sizi narahat qəmgin edəcək şeylər barəsində (Peyğəmbərdən) soruşmayın. Əgər Qur’an nazil (və vəhy mələyi hazır) olan zaman onların barəsində soruşsanız, sizin üçün aşkar olar. Allah onlardan (keçmişdə verilmiş yersiz suallardan) keçdi (onları əfv etdi). Allah çox bağışlayan həlimdir.
Kövsər Tağıyev:
Ey iman edənlər! Sizə açıqlandığı zaman sizi məyus edəcək şeylər haqqında sual soruşmayın. Əgər Qur`an endirilərkən bunlar haqqında sual soruşsanız, sizə açıqlanar. (Halbuki) Allah onları bağışlamışdır. Allah çox bağışlayandır, həlimdir (dərhal cəzalandırmaz, möhlət verər).
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Aydınlaşdırılması qanınızı qaraldacaq şeylər barəsində soruşmayın. Əgər Quran nazil olunarkən onlar haqqında soruşsanız sizə aydın olar. Allah onları [əvvəllər verilmiş sualları] bağışladı. Axı Allah bağışlayandır, həlimdir.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Aşkar olduqda xoşunuza gəlməyəcək şeylər barədə soruşmayın/istəməyin. Əgər onlar [barədə] Quran nazil edildikdə soruşsanız/istəsəniz, sizə aşkar edilər. Allah onlardan keçmişdir, onları bağışlamışdır. Allah, çox bağışlayan çox həlimdir.