Tövbə Surəsi 101. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Çevrənizdəki bədəvilərdən ­dinə əhalisi arasında münafiqlər var. Onlar ikiüzlülükdə inadkarlıq göstə­rir, sən isə onları tanımırsan. Biz ki onları tanı­yırıq. Biz onlara iki dəfə işgəncə verəcəyik. Sonra isə böyük bir əzaba qaytarılacaqlar.
Bünyadov-Məmmədəliyev:
Ətrafınızdakı bədəvilər Mədinə əhalisi içərisində ikiüzlülüyü özlərinə adət etmiş (bu işdə mahir) münafiqlər vardır. Sən onları tanımazsan, Biz isə onları tanıyırıq. Onlara iki dəfə (dünyada qəbir evində) əzab verəcəyik. Sonra (axirətdə) isə ən böyük əzaba uğrayacaqlar.
Elmir Quliyev :
Среди бедуинов, которые живут вокруг вас, а также среди жителей Медины есть лицемеры. Они упорствуют в лицемерии, но ты не знаешь их. Мы же знаем их и подвергнем их мучениям дважды. А затем они будут возвращены в великие мучения.
Ələddin Sultanov:
Ətrafınızdakı bədəvi ərəblərdən Mədinə əhalisindən ikiüzlülükdə məharətli olan münafiqlər var. Sən onları tanımırsan, Biz isə onları tanıyırıq. Onlara iki dəfə əzab verəcəyik. Sonra da onlar böyük bir əzaba atılacaqlar.
Kerbelayi Malik ağa:
Sizin ətrafınızda olan bədəvi ərəblərdən münafiq olanlar şəhər əhalisindən nifaqa adət etmiş kimsələr vardır. Onları sən bilməzsən. Onları Biz bilərik. Onları iki dəfə əzablandıracağıq, sonra böyük əzaba döndəriləcəklər.
Ələsgər Musayev:
Ətrafınızda olan çölçülərdən şəhər əhlindən münafiqlər var. Onlar nifaqda sabitdirlər. Sən onları tanımırsan, Biz tanıyırıq. Onları iki dəfə əzab edəcəyik, sonra əzəmətli əzaba tərəf qayıdarlar.
A.Mehdiyev və D.Cəfərli:
Sizin ətrafınızdakı (şəhərinizin ətrafında olan) bədəvi ərəblərdən bir dəstə münafiqdirlər. Mədinə əhlindən nifaqa adət etmiş kəslər vardır. Sən onları tanımırsan, Biz onları tanıyırıq. Tezliklə onlara iki dəfə əzab verəcəyik (dünya əzabı, ölüm Bərzəx əzabı), sonra isə (Qiyamətdə) daha böyük əzaba tərəf döndəriləcəklər.
Kövsər Tağıyev:
Ətrafınızdakı bədəvilərdən bəzi münafiqlər var. Mədinə əhalisindən münafiqlikdə israr edənlər var ki, sən onları bilməzsən. Biz onları bilirik. Onlara iki dəfə əzab verəcəyik. Sonra da böyük bir əzaba düçar ediləcəklər.
M.Qənioğlu və T.Bilaloğlu:
Ətrafınızdakı bədəvilərdən Mədinə sakinlərindən elə münafiqlər var ki, onlar münafiqlikdə inadkarlığa adət ediblər. Sən onları tanımırsan, Biz onları tanıyırıq. Biz onlara (bu dünyada) iki dəfə əzab verəcəyik. Sonra isə (axirətdə) onlar daha böyük bir əzaba qaytarılacaqlar.
Sabirə Dünyamalıyeva:
yanınızda bədəvi ərəblərdən münafiqlər var. Mədinə əhalisindən münafiqliyə əməlli-başlı öyrəşmiş olanlar var. Onları sən bilməzsən. Biz bilirik onları. İki dəfə əzab verəcəyik onlara, sonra da çox böyük bir əzaba [tərəf] qaytarılacaqlar.