Əlixan Musayev:
(Musa )dedi: “Sən artıq bilirsən ki, bunları yalnız göylərin və yerin Rəbbi, açıq-aşkar möcüzə olaraq endirdi. Mən isə, ey Firon, sənin məhv olacağını yəqin bilirəm”.
Bünyadov-Məmmədəliyev:
(Musa da) ona: “Sən bunları məhz göylərin və yerin Rəbbi tərəfindən açıq-aşkar möcüzə olaraq endirildiyini, sözsüz ki, bilirsən. Mən isə, ey Firon, səni (küfrə düşdüyünə görə) artıq məhv olmuş zənn edirəm!” – deyə cavab vermişdi.
Elmir Quliyev
:
Муса (Моисей) сказал: "Ты уже знаешь, что не кто иной, а только Господь небес и земли ниспослал их в качестве наглядных знамений. О Фараон! Я полагаю, что тебя постигнет погибель".
Ələddin Sultanov:
Musa belə cavab vermişdi: “Şübhəsiz, sən də bilirsən ki, bunları göylərin və yerin Rəbbi ibrət olaraq nazil etdi. Ey Firon, mən də sənin məhv olduğunu düşünürəm!”
Kerbelayi Malik ağa:
‘And olsun ki, bunları (9 möcüzəni) görünəcək bir şəkildə səmaların və yerin Rəbbindən başqasının nazil etmədiyini sən bilirdin. Ey Firon! Şübhəsiz ki, mən sənin həlak olacağına qəti şəkildə inanıram.’ dedi.
Ələsgər Musayev:
Dedi: «Bilirsən ki, bunlar nazil olub
bəsirətlə ancaq səmaların və ərzin Rəbbi tərəfindən və
həqiqətən, mən səni, ay Firaun, həlak olmuş zənn edirəm».
A.Mehdiyev və D.Cəfərli:
Musa dedi: «Şübhəsiz, sən bilirsən ki, bu möcüzələri aydın dəlillər olmaq üçün yalnız, göylərin və yerin Rəbbi nazil etmişdir. Və əlbəttə b ey Firon mən səni (artıq) həlak olmuş sanıram».
Kövsər Tağıyev:
Musa isə: “Yaxşı bilirsən ki, bunları ancaq göylərin və yerin Rəbbi açıq-aşkar dəlillər olaraq endirmişdir. Ey Firon, mən isə sənin həlak olmuş bir adam olduğunu görürəm”, – demişdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Musa dedi: "Sən bilirsən ki, bunları [möcüzələri] ancaq göylərin və yerin Rəbbi görünən dəlillər kimi nazil etmişdir. Mən isə səni, ey Firon, artıq məhv olmuş hesab edirəm.”
Sabirə Dünyamalıyeva:
Musa dedi ki: "Sən həqiqətən bildin ki, ayələri, hər biri bir ibrət olsun deyə, ancaq göylərin və yerin Rəbbi nazil etdi. Və mən də sənin məhvə məruz qalacağına həqiqətən inanıram."