Ənbiya Surəsi 102. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar onun uğultusunu belə eşitməyəcəklər. Onlar ürəklərinin istədiyi şeylər arasında əbədi qalacaqlar.
Bünyadov-Məmmədəliyev:
Onlar (Cəhənnəmin) uğultusunu eşitməyəcəklər. Onlar (Cənnətdə) ürəklərinin istədiyi (nemətlər) içində əbədi qalacaqlar.
Elmir Quliyev :
Они не услышат даже малейшего ее звука и вечно пребудут среди того, что возжелали их души.
Ələddin Sultanov:
Onlar (cəhənnəmin) uğultusunu eşitməyəcək nəfslərinin arzuladığı (cənnət nemətləri) içində əbədi qalacaqlar.
Kerbelayi Malik ağa:
Onun (cəhənnəmin) uğultusunu eşitməzlər. Onlar istədikləri şeylər içində əbədi qalacaq olanlardır.
Ələsgər Musayev:
Onlar eşitməzlər onun uğultusunu onlar iştaha etdikləri içərisində həmişəlik qalacaqlar.
A.Mehdiyev və D.Cəfərli:
Onlar (Sirat körpüsündən keçəndə daha sonra) onun (Cəhənnəmin) uğultusunu belə eşitməzlər ürəkləri istəyən şey (Cənnət nemətlərin)in içində əbədi qalacaqlar.
Kövsər Tağıyev:
Onlar cəhənnəmin hənirtisini belə eşitməzlər. Ürəkləri istəyən kimi nemətlər içində əbədi qalacaqlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar oranın [cəhənnəmin] heç xəfif xışıltısını belə eşitməyəcəklər, ürəkləri istədiyi şeylər arasında əbədi qalacaqlar.
Sabirə Dünyamalıyeva:
Onlar cəhənnəmin uğultusunu eşitməyəcəklər. Onlar, nəfslərinin istədiyi şeylər içində əbədi qalacaqlar.