Saffat Surəsi 102. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O, böyüyüb (atası ilə) bərabər çalışmaq həddinə çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör düşünürsən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə yetir. Allah qoysa mənim səbrlilərdən olduğumu görəcəksən”.
Bünyadov-Məmmədəliyev:
O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) fikirləşirsən!” O dedi: “Atacan! Sənə əmr olunursa, onu da et. İnşallah, mənim səbrlilərdən olduğumu görəcəksən!”
Elmir Quliyev :
Когда он достиг того возраста, чтобы усердствовать вместе с ним, он сказал: "Сын мой! Я вижу во сне, что зарезаю тебя. Посмотри, что ты думаешь?" Он сказал: "Отец мой! Сделай то, что тебе велено. Если Аллах пожелает, ты найдешь меня одним из терпеливых".
Ələddin Sultanov:
Uşaq onunla gəzəsi yaşa çatdıqda İbrahim: “Ey oğlum! Mən yuxuda səni qurban kəsdiyimi görürəm. Sən bu barədə fikirləşirsən?” - dedi. Uşaq: “Atacan, sənə əmr olunanı et! İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən”, - dedi.
Kerbelayi Malik ağa:
Beləcə onunla birlikdə çalışma çağına gəldiyi zaman dedi ki: ‘Ey əziz oğlum! Mən yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör, bu barədə düşünürsən?’ (İsmayıl ə.s): ‘Atacan! Əmr olunduğunu yerinə yetir. İnşaallah məni səbir edənlərdən görəcəksən’ dedi.
Ələsgər Musayev:
Amma elə ki, o, həddi buluğa yetişdi onunla birlikdə, dedi: «Oğlum, yuxuda gördüm səni kəsirəm. Bax gör fikirləşirsən!» Dedi: «Ay ata! Sənə əmr olunub, əməl et. Inşallah, məni səbrlilərdən taparsan!»
A.Mehdiyev və D.Cəfərli:
Oğlu onunla birlikdə işləmək çalışmaq həddinə çatanda (İbrahim) dedi: «Oğulcığazım! Mən yuxuda hey görürürəm ki, sənin başını kəsirəm (boğazına bıçaq çəkirəm). Bəs bax (gör) nəzərin nədir?» (İsmail) dedi: «Ey ata! Sənə əmr ediləni yerinə yetir. Allahın istəyi ilə məni səbirlilərdən görəcəksən!»
Kövsər Tağıyev:
Uşaq onunla birlikdə qaçıb yeriyəcək yaşa çatdıqda İbrahim ona: “Oğlum, mən yuxumda səni qurban kəsdiyimi gördüm. Bax gör düşünürsən?” dedi. O da: “Atacan, sənə əmr olunanı et. İnşallah, məni səbir edənlərdən görəcəksən”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
O, qabiliyyətli yaşına çatanda İbrahim dedi: "Oğlum, yuxuda görürəm ki, səni qurban kəsirəm. Bir gör düşünürsən?" O dedi: "Ata, sənə buyrulanı et, Allah qoysa məni səbrli, dözümlü görərsən."
Sabirə Dünyamalıyeva:
Sonra vaxt ki, o müjdələnən uşaq özüylə birlikdə qaçacaq vəziyyətə/onunla birlikdə görəcək yaşa gəldi, o zaman İbrahim: "Oğlum! Şübhəsiz ki, mən, yatarkən; sakit, durğun vəziyyətdə [olanda] sənə zərər vurduğumu, səni pərişan hala saldığımı görürəm. Bax gör sən fikirləşirsən?" dedi. Oğlu: "Atacan! Sənə əmr ediləcək şeyləri et! İnşallah görəcəksin ki, mən sən olmadıqda başıma gələcək bütün çətinliklərə, əziyyətlərə səbr edəcəyəm." dedi.