Maidə Surəsi 102. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sizdən əvvəl bir camaat bunları soruşmuş, sonra da bu səbəbdən kafir olmuşdu.
Bünyadov-Məmmədəliyev:
Sizdən əvvəl bir tayfa (belə lüzumsuz şeyləri) soruşmuş, sonra da buna görə (onlara aid olan hökmləri inkar edib yerinə yetirmədikləri üçün) kafir olmuşdu.
Elmir Quliyev :
Люди до вас спрашивали о них и по этой причине стали неверующими (или затем стали неверующими в них).
Ələddin Sultanov:
Sizdən əvvəlki bir qövm onları (lüzumsuz suallar) soruşmuş, sonra isə ona görə (açıqlanan hökmü yerinə yetirmədiklərinə görə) kafir olmuşdular.
Kerbelayi Malik ağa:
Sizdən əvvəl bir qövm onu soruşmuşdu. Sonra onunla kafir oldular.
Ələsgər Musayev:
Əlbəttə, sizdən qabaq olan qoum sual etdi ondan, sonra onun ilə kafir oldular. (103). Allah heç cür Bəhirə Saibə Vəsilə Ham qərar verməyib. Lakin, o kəslər ki, kafirdirlər, iftira etdilər üzərinə Allahın yalanı əksəriyyəti onların əql etməzlər.
A.Mehdiyev və D.Cəfərli:
Əlbəttə, sizdən qabaq bir dəstə bu şeyləri soruşdu, sonra isə ona kafir oldu.
Kövsər Tağıyev:
Sizdən əvvəlki bir millət o cür şeylər soruşdu, sonra o səbəblə kafir oldu.
M.Qənioğlu və T.Bilaloğlu:
Artıq, sizdən əvvəlki adamlar da bunlar barəsində soruşmuşdular, sonra isə bunları inkar edənlərdən olmuşdular.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, sizdən əvvəl gələn bir tayfa bunları soruşmuşdu/istəmişdi, sonra da onlar Allahın məbud rəbb olduğunu qəbul etməyən kəslər oldular.