Əraf Surəsi 102. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onların əksəriyyətini vədə xilaf çıxan gördük. Onların çoxunu günahkar gördük.
Bünyadov-Məmmədəliyev:
Onların əksəriyyətində əhdə vəfa görmədik. (Əksinə) onların əksəriyyətini (Allahın itaətindən çıxmış, Onun əmrlərini pozmuş) günahkar kəslər gördük.
Elmir Quliyev :
Большинство из них Мы не нашли верными завету. Воистину, Мы нашли большинство из них нечестивцами.
Ələddin Sultanov:
Onların çoxunda əhdə vəfa görmədik. Həqiqətən, onların əksəriyyətinin günahkar kimsələr olduğunu gördük.
Kerbelayi Malik ağa:
Onların çoxunu əhdlərinə vəfa edən görmədik. Onların çoxunu həqiqətən fasiqlər olaraq gördük.
Ələsgər Musayev:
Biz onların əksəriyyətini əhdində vəfalı tapmadıq. Biz onların əksəriyyətini fasiqlər tapdıq.
A.Mehdiyev və D.Cəfərli:
Onların çoxunda əhdə vəfa görmədik. Həqiqətən onların çoxunu olduqca itaətsiz gördük.
Kövsər Tağıyev:
Biz onların çoxunda əhdə vəfa görmədik. Amma, həqiqətən, onların çoxunu yoldan çıxmış kimsələr olaraq gördük.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlann çoxunda əhdə vəfa görmədik. Əksəriyyətini yolundan çıxmış gördük.
Sabirə Dünyamalıyeva:
Onların çoxunda əhdinə vəfa etmək prinsipini görmədik. Həqiqət budur ki, onların əksəriyyətini yoldan çıxmış gördük.