Əlixan Musayev:
Digərləri isə günahlarını etiraf etdilər. Onlar yaxşı bir əməllə başqa bir pis əməli qarışdırdılar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
(Münafiqlərin) bir qismi də günahlarını etiraf etdi. Onlar (əvvəl etdikləri) yaxşı bir əməllə (sonradan etdikləri) pis bir əməli bir-birinə qarışdırmışlar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev
:
Есть и другие люди, которые признались в своих грехах. Они смешали праведные поступки со злыми. Возможно, Аллах примет их покаяния. Воистину, Аллах — Прощающий, Милосердный.
Ələddin Sultanov:
Digərləri isə günahlarını etiraf etdilər. Onlar yaxşı əməli pis əməllə qarışdırmışdılar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul edər. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir.
Kerbelayi Malik ağa:
Digərləri (döyüşdən geri qalanların bir qismi) günahlarını etiraf etdilər. Saleh əməli (nəfsi islahedici əməli) digər pis əməllə qarışdırdılar. Ümid edilir ki, Allah onların tövbələrini qəbul edər, şübhəsiz ki, Allah Ğafurdur, Rəhimdir.
Ələsgər Musayev:
Axırdakılar etiraf etdilər günahları
ilə: qarışdırdılar əməli salehliyi və axır pisliyi. Ola bilsin ki,
Allah qayıtsın üzərinə onların. Həqiqətən, Allah Ğəfurdur,
Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
(Onlardan) digər bir dəstə öz günahlarını etiraf edib, yaxşı bir işi başqa bir pis işlə qarışdırmışlar. Ola bilsin ki, Allah onlara nəzər yetirsin. Həqiqətən Allah çox bağışlayan və mehribandır.
Kövsər Tağıyev:
Digər bir qismi isə günahlarını etiraf etdilər. Bunlar saleh əməllə pis əməli bir-birinə qarışdırmışlar. Ola bilsin ki, Allah tövbələrini qəbul edər. Çünki Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
(Münafiqlərin) bir qismi də öz günahlarını etiraf ediblər; onlar yaxşı işlə başqa bir pis işi bir-birinə qarışdırmışlar. Ola bilsin ki, Allah onların tövbəsini qəbul edə. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir!
Sabirə Dünyamalıyeva:
Digərlər də günahlarını etiraf etdilər. Saleh bir əməllə pisi qarışdırdılar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul edər. Şübhəsiz ki, Allah, bəndələrinin günahlarını çox örtən, onları cəzalandırmayan və çox bağışlayandır, dərin mərhəmət sahibidir.