Əlixan Musayev:
Ən böyük dəhşət belə onları kədərləndirməyəcək. Mələklər onları qarşılayıb: “Bu sizə vəd olunmuş gününüzdür!”(– deyəcəklər.)
Bünyadov-Məmmədəliyev:
Onları ən böyük qorxu (İsrafilin suru axırıncı dəfə çalınıb cəhənnəmliklərin Cəhənnəmə atılması) məhzun etməyəcəkdir. Mələklər onları qarşılayıb: “Bu sizə vəd olunmuş gününüzdür!” – deyəcəklər.
Elmir Quliyev
:
Их не опечалит величайший ужас, а ангелы встретят их словами: "Вот ваш день, который был вам обещан!"
Ələddin Sultanov:
Ən böyük dəhşət (qiyamət) onları kədərləndirməyəcəkdir. Mələklər onları: “Bu, (dünyada) sizə vəd olunan (xoşbəxt) gününüzdür!” – deyərək qarşılayacaqlar.
Kerbelayi Malik ağa:
O ən böyük dəhşət onları qəmgin etməz. Mələklər onları qarşılayar (və deyərlər ki): ‘Bu, sizin vəd olunduğunuz gününüzdür.’
Ələsgər Musayev:
Hüznlü etməz
onları böyük qorxu və qarşılayarlar onları mələklər: «Bu,
gününüzdür sizin - odur ki, sizə vəd olunub!»
A.Mehdiyev və D.Cəfərli:
O böyük vahimə onları kədərləndirməz və mələklər onları (təbriklə) qarşılayar(aq deyərlər): «Bu, (dünyada) sizə vəd olunmuş həmin o gününüzdür.»
Kövsər Tağıyev:
Ən böyük qorxu belə onları hüznləndirməz və mələklər onları: “Bu, sizə vəd edilən (bəxtəvər) gününüzdür”, – deyərək qarşılayarlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Ən böyük qorxu [oda atılmaq əmri] onları kədərləndirməyəcək. Mələklər onları qarşılayaraq: "Bu, həmin günümüzdür ki, sizə vəd olunmuşdu." - (deyəcəklər).
Sabirə Dünyamalıyeva:
O ən böyük qorxu onları kədərləndirməyəcək və xəbərçilər onlara: "Bax bu, sizə söz verilmiş olan gününüzdür" deyə ağıllarına gətirəcəklər.