Ali-İmran Surəsi 103. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Hamınız Allahın ipindən möhkəm yapışın parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz.
Bünyadov-Məmmədəliyev:
Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!
Elmir Quliyev :
Крепко держитесь за вервь Аллаха все вместе и не разделяйтесь. Помните о милости, которую Аллах оказал вам, когда вы были врагами, а Он сплотил ваши сердца, и по Его милости вы стали братьями. Вы были на краю Огненной пропасти, и Он спас вас от нее. Так Аллах разъясняет вам Свои знамения, быть может, вы последуете прямым путем.
Ələddin Sultanov:
Hamılıqla Allahın ipinə (İslama) yapışın parçalanmayın! Allahın, sizə olan nemətini xatırlayın. Belə ki, siz bir-birinizə düşmən ikən, O sizin qəlblərinizi birləşdirdi Onun neməti sayəsində qardaş oldunuz. Siz bir atəş quyusunun kənarında ikən O sizi oradan xilas etdi. Allah ayələrini sizə belə açıqlayır ki, bəlkə, haqq yola yönələrsiniz.
Kerbelayi Malik ağa:
Hamınız Allahın ipindən möhkəm yapışın, firqələrə ayrılmayın! Allahın sizin üzərinizdəki nemətini xatırlayın; siz (bir-birinizə) düşmən olmuşdunuz. Sonra sizin qəlblərinizin arasını birləşdirdi, beləcə Allahın neməti ilə qardaş oldunuz. Siz atəşdən bir çuxurun kənarında ikən sizi ondan qurtardı. Allah ayələrini sizə belə açıqlayır. Ümid edilir ki, beləcə siz hidayətə ərərsiniz.
Ələsgər Musayev:
Yapışın Allahın ipindən cəmiyyən firqələrə bölünməyin! Yad edin Allahın sizin üzərinizdə olan nemətini! Onda siz düşmən idiniz Allah ülfət yaratdı qəlblərinizin arasında Onun nemətilə siz qardaş oldunuz. Bir halda ki, siz od kənarıda idiniz, Allah sizə ondan nicat verdi. Belə, aydınlaşdırır Allah sizin üçün ayətlərini,ola ki, hidayət olasınız!
A.Mehdiyev və D.Cəfərli:
V? ham?l?qla Allah?n ipind?n (dind?n, kitabdan v? v?hyi g?tir?nl?rd?n) mohk?m yap?s?n v? parcalanmay?n. Allah?n sizin bar?nizd? bir-birinizl? dusm?n ik?n q?lbl?riniz aras?nda ulf?t yaratd?g? zamandak? nem?tini xat?rlay?n ki, Onun nem?ti say?sind? bir-birinizl? qardas oldunuz. H?mcinin siz od ucurumunun astanas?nda idiniz, sizi ondan xilas etdi. Allah Oz (tovhid, qudr?t v? hikm?t) nisan?l?rini sizin ucun bu cur b?yan edir ki, b?lk? hiday?t olas?n?z.
Kövsər Tağıyev:
Hamılıqla Allahın ipinə (Qur`ana) möhkəm sarılın. Bölünüb parçalanmayın. Allahın sizə olan nemətini xatırlayın. Siz bir-birinizə düşmən idiniz, O, qəlblərinizi birləşdirmişdi. Onun bu nemətləri sayəsində qardaş olmuşdunuz. Yenə siz oddan bir çuxurun tam kənarındaydınız, O, sizi oradan qurtarmışdı. Allah sizə ayələrini belə açıq-aydın bildirir ki, doğru yola yönələsiniz.
M.Qənioğlu və T.Bilaloğlu:
Hamılıqla Allahın ipindən [dinindən] möhkəm tutun, parçalanmayın Allahın sizə nemətini xatırlayın. O zaman siz (bir-birinizə) düşmən idiniz. O isə sizin ürəkləriniz arasında ülfət yaratdı siz Onun mərhəməti sayəsində qardaş oldunuz. Siz od uçurumu [cəhənnəm] astanasında idiniz, O, sizi oradan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə düz yola çıxasınız.
Sabirə Dünyamalıyeva:
hamılıqla Allahın ipinə möhkəm sarılın/Allahın ipi ilə qorunun, ayrılmayın Allahın sizə olan nemətini xatırlayın: Bir vaxt siz bir-birinizə düşmən idiniz, Allah, qəlbləriniz arasında ülfət meydana gətirdi. Sonra da siz, Onun neməti sayəsində qardaş oldunuz. Siz bir od uçurumunun kənarında ikən O, sizi oradan xilas etdi. Bax belə, Allah, yönəldildiyiniz düz yolu tapa biləsiniz deyə nişanələrini/işarətlərini sizin üçün beləcə meydana qoyur.