Əlixan Musayev:
Allah (müşriklərin) bəhirə, saibə, vəsilə və ham (adlandırıb bütlərə nəzir etdiyi heyvanlar barəsində) heç bir göstəriş verməmişdir. Lakin kafir olanlar Allaha qarşı yalan uydururlar. Onların çoxu isə (bunu) anlamır.
Bünyadov-Məmmədəliyev:
Bəhirə, saibə, vəsilə və haminin heç birisini Allah (sizin üçün müəyyən edib) qanuni buyurmamışdır. Lakin kafirlər Allaha qarşı yalan uydururlar. Onların (kafirlərə uyan camaatın) əksəriyyəti isə (bu cür iddiaların Allaha qarşı böhtan, iftira olduğunu) dərk etmirlər.
Elmir Quliyev
:
Аллах не распоряжался относительно бахиры, саибы, васыли и хами. Но неверующие возводят навет на Аллаха, и большая часть их не разумеет.
Ələddin Sultanov:
Allah nə bəhirəni, nə saibəni, nə vəsiləni, nə də hamini (şəriətə uyğun) etmişdir. Lakin kafirlər Allaha yalandan iftira atırlar. Onların əksəriyyəti düşünüb dərk etmirlər. (Cahiliyyə dövründə ərəblər arasında heyvanlarla bağlı batil bir inanc vardı. Belə ki, onlar müəyyən səbəblərdən bəzi heyvanları ya bütlərə qurban edir, ya da sərbəst buraxırdılar. Məsələn beş dəfə doğan və beşinci balası dişi olan dəvəyə “bəhirə” deyir, qulağına iz qoyur, südü sağılmadan bütlər üçün saxlayırdılar. Bütlər üçün sərbəst buraxılan və südü ancaq qonaqlar tərəfindən içilən dəvəyə isə “saibə” deyirdilər. Biri erkək, biri dişi olmaqla əkiz doğan dəvəyə, yaxud qoyuna isə “vəsilə” deyirdilər. Onun erkək balasını da bütə qurban edirdilər. Yuxarıdakı ayə bütpərəstlərin bu əməllərinin batil olduğuna işarə edir.)
Kerbelayi Malik ağa:
Allah ‘‘bahirə, saibə, vəsilə və ham’ deyə bir göstəriş verməmişdir (qanun verməmişdir). Amma o kafirlər (inkar edənlər) Allaha qarşı yalan uydururlar. Onların çoxu ağlını işlətmir.
Ələsgər Musayev:
Onda ki, deyildi onlar üçün: «Gəlin tərəfinə nə ki, nazil
edib Allah və tərəfinə rəsulun!», - dedilər: «Hesabdır bızə nə
ki, tapdıq üzərində onun atalarımızı!» Ə, və əgər oldu ataları
bilməyənlər bir şeyi və hidayət olunmayanlar?
A.Mehdiyev və D.Cəfərli:
Allah heç bir heyvanı(n istifadəsini) «bəhirə», «saibə», «vəsilə» və «ham» (adı ilə haram və qadağan) etməmişdir. (Bəhirə beş dəfə doğmuş dəvə, saibə xəstə üçün nəzr deyildiyinə görə azad olunmuş dəvə, vəsilə balası onların və bütlərin arasında müştərək olan qoyun və ham on dəfə doğmuş dəvədir ki, cahiliyyət dövründə bunlardan istifadəni haram sayırdılar.) Lakin kafirlər Allaha qarşı yalan uydururlar və onların çoxu düşünmürlər.
Kövsər Tağıyev:
Allah nə “Bəhirə”, nə “Saibə”, nə “Vəsilə”, nə də “Ham” deyə bir şey əmr etməmişdir. Lakin inkar edənlər Allaha qarşı yalan uydururlar. Onsuz da onların çoxu düşünməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah nə bəhirə, nə saibə, nə vəsilə, nə də ham buyurmuşdur. Lakin küfr edənlər Allaha yalan uydurdular, onlardan çoxu bunu anlamır.
Sabirə Dünyamalıyeva:
Allah; bəhirə, saibə, vəsilə və ham[#403] [adlı] heç bir şey nəzərdə tutmamışdır [buyurmamışdır]. Ancaq kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər], Allaha qarşı yalan düzüb-qoşub uydururlar. Və onların bir çoxu dərk etməz.