Əraf Surəsi 103. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlardan sonra Musanı möcüzələrimizlə Firon onun əyanlarına elçi göndərdik. Onlar isə bunu inkar etdilər. Bir gör fəsad törədənlərin aqibəti necə oldu.
Bünyadov-Məmmədəliyev:
Onlardan sonra Musanı möcüzələrimizlə Firona onun əyanlarına (peyğəmbər) göndərdik. Onlar (həmin möcüzələri) inkar etdilər. Bir gör fəsad törədənlərin axırı necə oldu!
Elmir Quliyev :
После них Мы отправили Мусу (Моисея) с Нашими знамениями к Фараону и его знати, но они поступили с ними несправедливо. Посмотри же, каким был конец распространявших нечестие!
Ələddin Sultanov:
Sonra onların ardınca Musanı möcüzələrimizlə Firona onun qövmünə peyğəmbər göndərdik. Ancaq onlar möcüzələri inkar etdilər. Bir gör fitnə-fəsad törədənlərin aqibəti necə oldu!
Kerbelayi Malik ağa:
Bir zaman sonra da, onların ardınca Firona onun (qövmünün) öndərlərinə Musanı (ə.s) ayələrimizlə (möcüzələrimizlə) göndərdik (vəzifələndirdik). Lakin ona zülm etdilər. Bax gör, fəsad çıxaranların aqibəti necə oldu.
Ələsgər Musayev:
Sonra qaldırdıq Musanı bəyanatımızla onların ardınca Firaunun onun böyüklərinin tərəfinə onunla zülm etdilər onlar. Nəzər sal necə oldu aqibəti fəsadçıların!
A.Mehdiyev və D.Cəfərli:
O zaman onlardan (əvvəlki peyğəmbərlərdən) sonra Musanı Öz ayə nişanələrimizlə Fironun onun qövmünün başçılarının yanına göndərdik. Beləliklə onlar o ayələrə zülm etdilər (onları qəbul etmədilər). Buna görə fəsad törədənlərin aqibətlərinin necə olduğuna nəzər sal!
Kövsər Tağıyev:
Sonra onların ardından Musanı açıq-aşkar möcüzələrimizlə Firona onun əyanlarına peyğəmbər olaraq göndərdik, onları (möcüzələri) inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu!
M.Qənioğlu və T.Bilaloğlu:
Onlardan sonra isə Musanı dəlillərimizlə birlikdə Firona onun əyanlarına göndərdik. Lakin onlar bunları [dəlilləri] inkar etdilər. Bir gör, fitnə-fəsad törədənlərin aqibəti necə oldu!
Sabirə Dünyamalıyeva:
Sonra o elçilərin/o qövmlərin ardından Musanı nişanələrimizlə/işarətlərimizlə Firona əyanlarına göndərdik, onlar isə nişanələrimizə/işarətlərimizə haqsızlıq etdilər. Bir bax gör o fitnəçilərin aqibəti necə oldu!