Yunus Surəsi 104. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Ey insanlar! Dinimə şəkk edirsinizsə, (bilin ki,) mən Allahdan başqa tapındıqlarınıza deyil, canınızı alacaq Allaha ibadət edirəm. Mənə möminlərdən olmaq əmr edilmişdir”.
Bünyadov-Məmmədəliyev:
De: “Ey insanlar! (Ey Məkkə müşrikləri!) Əgər mənim dinim barəsində şübhəyə düşmüşsünüzsə, (bilin ki) mən Allahı qoyub tapındığınız başqa bütlərə ibadət etmirəm. Ancaq sizin canınızı alacaq Allaha ibadət edirəm. Mənə möminlərdən olmaq əmr edilmişdir”.
Elmir Quliyev :
Скажи: люди! Если вы сомневаетесь в моей религии, то ведь я не поклоняюсь тем, кому вы поклоняетесь вместо Аллаха. Я поклоняюсь Аллаху, Который умертвит вас, и мне приказано быть одним из верующих".
Ələddin Sultanov:
De: “Ey insanlar! Əgər mənim dinimə şübhə edirsinizsə, bilin ki, mən Allahı qoyub sizin ibadət etdiklərinizə ibadət etmərəm. Lakin sizin canınızı alan Allaha ibadət edərəm. Mənə, iman gətirənlərdən olmağım əmr olunmuşdur.
Kerbelayi Malik ağa:
De ki: ‘Ey insanlar! Əgər mənim dinimdən (dinim haqqında) şübhə içindəsinizsə, mən sizin Allahdan başqa tapındıqlarınıza tapınmaram. Lakin, sizi vəfat etdirəcək olan Allaha qulluq edərəm. Mən möminlərdən olmaqla əmr olundum.’
Ələsgər Musayev:
De: «Ay insanlar! Əgər mənim dinimdə şəkkiniz varsa, mən ibadət etmirəm o kəslərə ki, siz ibadət edirsiniz Allahdan başqa. Lakin ibadət edirəm Allaha - Odur ki, sizə vəfat bağışlar mənə əmr olunub ki, inananlardan olam!»
A.Mehdiyev və D.Cəfərli:
De: «Ey insanlar, əgər mənim dinim(in düz ya səhv olması) barəsində şəkk-şübhədəsinizsə, onda (bilin ki,) mən sizin Allahın yerinə ibadət etdiklərinizə (bütlərə) ibadət etmirəm; lakin sizin hamınızın canını alan Allaha ibadət edirəm mənə möminlərdən olmaq əmr edilmişdir.»
Kövsər Tağıyev:
Allah: “Hər ikinizin duası qəbul olundu. Elə isə doğru-dürüst olmağa davam edin əsla bilməyənlərin yoluna uymayın”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Ey insanlar! Əgər mənim dinimə şəkk edirsinizsə, mən sizin Allahdan savayı ibadət etdiyinizə ibadət etmirəm, əksinə, sizin canınızı alacaq Allaha ibadət edirəm. Mənə buyurulmuşdur ki, möminlərdən olum!"
Sabirə Dünyamalıyeva:
De ki: "Ey insanlar! Əgər mənim dinimin olduğunu qəti tam olaraq bilmirdinizsə, yaxşı bilin ki, Allahın altındakılardan sizin ibadət etdiklərinizə mən ibadət etmərəm. Lakin sizin canınızı alacaq olana/Allaha ibadət edərəm. mənə mömin olmaq [əmr edildi] [bu] əmr edildi: