Yusif Surəsi 104. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sən ki bunun əvəzinə onlardan bir mükafat istəmirsən. Bu (Quran) aləmlər üçün ancaq bir öyüd-nəsihətdir.
Bünyadov-Məmmədəliyev:
Halbuki sən bundan (islamın təbliği imana dəvətdən) ötrü onlardan heç bir mükafat istəmirsən. Bu (Quran) isə aləmlərə yalnız bir öyüd-nəsihətdir!
Elmir Quliyev :
Ты не просишь у них вознаграждения за это, ведь это только Напоминание для миров.
Ələddin Sultanov:
Halbuki bunun əvəzində onlardan heç bir şey istəmirsən. O (Quran), aləmlər (insanlar) üçün yalnız bir öyüddür.
Kerbelayi Malik ağa:
Sən onlardan bir ücrət istəmirsən. O ancaq aləmlər üçün bir zikrdir.
Ələsgər Musayev:
Sən onlardan ona görə əcr istəmirsən. O ancaq aləmlər üçün yad etmədir.
A.Mehdiyev və D.Cəfərli:
Halbuki, sən onlardan (bu kitabın təbliğ çatdırılması müqabilində) heç bir mükafat istəmirsən. Bu (Qur’an), aləmdəkilər üçün öyüd-nəsihətdən başqa bir şey deyildir. (O, bəşər cəmiyyətinə beyinlərinin dəfinələrini, ruhlarının xüsusiyyətlərini dünyalarının sirlərini xatırladır, bunları onların yadına salır. Odur ki, sən onlardan bir şey istəsəydin onlar bunu layiqincə mükafatlandıra bilməzdilər.)
Kövsər Tağıyev:
Halbuki sən bunun əvəzində onlardan bir mükafat da istəmirsən. O, (Qur`an) aləmlər içində ancaq bir öyüddür.
M.Qənioğlu və T.Bilaloğlu:
Bunun üçün sən onlardan heç bir haqq istəmirsən. Bu, yalnız aləmlər [insanlar] üçün bir öyüd-nəsihətdir.
Sabirə Dünyamalıyeva:
sən bunun müqabilində onlardan hər hansı bir muzd istəmirsən. Quran, aləmlərə ancaq bir öyüd-nəsihətdir.