Əlixan Musayev:
Allahın ayələrinə inanmayanları, əlbəttə ki, Allah doğru yola yönəltməz və onlar üçün üzücü bir əzab vardır.
Bünyadov-Məmmədəliyev:
Allahın ayələrinə inanmayanları, sözsüz ki, Allah doğru yola salmaz. Onları (axirətdə) şiddətli bir əzab gözləyir!
Elmir Quliyev
:
Воистину, Аллах не ведет прямым путем тех, кто не уверовал в знамения Аллаха, и им уготованы мучительные страдания.
Ələddin Sultanov:
Allahın ayələrinə inanmayanları, əlbəttə, Allah doğru yola yönəltməz. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Allah Allahın ayələrinə iman etməyənləri hidayətə ərdirməz. Onlar üçün ağrılı-acılı əzab vardır.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, inanmırlar ayətlərilə
Allaha, Allah onları hidayət etməz və onlar üçün ələmli əzab
var!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, Allahın ayələrinə və aydın dəlillərinə iman gətirməyənləri Allah hidayət etməyəcəkdir və onlar üçün ağrılı bir əzab vardır.
Kövsər Tağıyev:
Allahın ayələrinə inanmayanları Allah, əlbəttə, doğru yola yönəltməz. Onlar üçün ağrılı-acılı bir əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın ayələrinə inanmayanlara Allah düz yol göstərməz və onlar üçün üzücü bir əzab vardır.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Allahın ayələrinə iman gətirməyən kəslər; Allah onlara bələdçi olmaz və onlar üçün çox şiddətli bir əzab vardır.