Əlixan Musayev:
Bundan sonra İsrail oğullarına: “Bu yerdə yaşayın! Axirət vədi gəlib yetişdiyi zaman sizin hamınızı (məhşərə) gətirəcəyik”– dedik.
Bünyadov-Məmmədəliyev:
Və bundan sonra İsrail oğullarına dedik: “Siz (Şam) ərazisində sakin olun. Axirət vədəsi (qiyamət) gəlib çatdıqda sizin hamınızı (sizi və Firon əhlini, yaxud möminləri və kafirləri) birlikdə (bir-birinizə qarışmış halda məhşərə) gətirəcəyik!”
Elmir Quliyev
:
После этого Мы сказали сынам Исраила (Израиля): "Живите на этой земле. А когда исполнится последнее обещание, Мы соберем вас всех вместе".
Ələddin Sultanov:
Bundan sonra İsrail oğullarına: “Siz o yerdə məskunlaşın! Vəd olunan axirət gəlib çatdığı zaman sizin hamınızı bir yerə yığacağıq”, - dedik.
Kerbelayi Malik ağa:
Ondan sonra İsrail oğullarına ‘Yer üzündə məskunlaşın!’ dedik. Axirətin vədəsi yetişəndə sizi bir yerə gətirəcəyik.
Ələsgər Musayev:
Dedik ondan
sonra Israil oğullarına: «Ərzə sakin olun. Onda ki, axirət vədi
gəldi, sizin hamınızı qarışmış halda gətirərik!»
A.Mehdiyev və D.Cəfərli:
Və ondan (Firondan) sonra İsrail övladlarına dedik: «(Misir və Şam) torpağ(ın)da məskunlaşın. Beləliklə, axirət vədəsi yetişəndə sizin hamınızı birlikdə (Məhşər səhnəsinə) gətirəcəyik (və mühakimə yürüdülüb hökm çıxarıldıqdan sonra ayıracağıq).»
Kövsər Tağıyev:
Bundan sonra İsrail oğullarına belə dedik: “Bu torpaqları məskən tutun, axirət vədi (qiyamət) gəldiyi zaman hamını toplayıb bir yerə yığacağıq”.
M.Qənioğlu və T.Bilaloğlu:
Bundan sonra Biz İsrail övladlarına dedik: "Bu yerdə yaşayın. Axirət vədi gələn zaman Biz hamınızı (hüzurumuza) gətirib toplayacağıq."
Sabirə Dünyamalıyeva:
Və ondan sonra Biz İsrail oğullarına: "Bu torpaqlarda siz sakin olun! Sonra axirətə dair verilən söz gəlib çatdıqda, sizi bir yerə yığacağıq" dedik.