Kəhf Surəsi 104. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər.
Bünyadov-Məmmədəliyev:
O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirdilər.
Elmir Quliyev :
О тех, чьи усилия заблудились в мирской жизни, хотя они думали, что поступают хорошо?
Ələddin Sultanov:
(Bunlar) yaxşı işlər gördüklərini zənn etdikləri halda, dünya həyatındakı səyləri hədər getmiş kəslərdir.
Kerbelayi Malik ağa:
Onların dünya həyatında əməlləri boşa getmişdir. Onlar gözəl əməllər işlədiklərini zənn edirlər.
Ələsgər Musayev:
O kəslər ki, dünya həyatında etdikləri səylər yox olub aradan getdi onlar hesab edirlər ki, yaxşı işlər görürlər?»
A.Mehdiyev və D.Cəfərli:
Onlar, dünya həyatındakı (hər hansı bir xeyir işdəki) səyləri (küfrlərinə görə) puç olaraq yoxa çıxmış yaxşı görmələrini sanan kəslərdir.
Kövsər Tağıyev:
yaxşı işlər gördüklərini sandıqları halda dünya həyatındakı bütün səyləri boşa çıxan
M.Qənioğlu və T.Bilaloğlu:
O kəslər ki, özləri yaxşı işlər gördüklərini güman etdikləri halda onların dünya həyatındakı cəhdləri boşa çıxmışdır.”
Sabirə Dünyamalıyeva:
Onlar, süni olaraq, gözəl əməl işlədiklərini zənn edərkən, dünyadakı işləri boşa gedən kəslərdir."