Bəqərə Surəsi 104. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey iman gətirənlər! (Peyğəmbərə:) “Bizə qayğı göstər!”– deməyin; “Bizə nəzər yetir!”– deyin (Allahın əmrini) eşidin! Kafirləri üzücü bir əzab gözləyir.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! “Raina” deməyin (bu söz ərəb dilində “bizi qoru”, “bizdə gözün olsun”, “bizə bax”, “bizi gözlə”, “bizə qayğı ehtiram göstər”, mənalarında işləndiyi halda, ibrani dilində yuxarıdakı mənalarla yanaşı, “bizə çobanlıq et”, “bizim çobanımız”; “ay səfeh” mənalarında da işlədilir. Yəhudilər həmin sözdən Peyğəmbərə qarşı bir istehza vasitəsi kimi istifadə edirdilər), “unzurna” söyləyin! (Allahın hökmünü) eşidin! Kafirləri şiddətli əzab gözləyir.
Elmir Quliyev :
О те, которые уверовали! Не говорите Пророку: "Заботься о нас", а говорите: "Присматривай за нами" и слушайте. А неверующим уготованы мучительные страдания.
Ələddin Sultanov:
Ey iman gətirənlər! “Raina” (bizə qayğı göstər) deməyin! “Unzurna” (Bizə bax) deyin! Siz (Allahın hökmünə) qulaq asın! Kafirlər üçün şiddətli bir əzab vardır. (Həzrət Peyğəmbər (s.ə.s.) əshabına bir şey öyrədərkən onlar “bizə qayğı göstər” kimi mənalara gələn “Raina” sözünü işlədirdilər. İbrani dilində söymək mənasına gələn buna yaxın bir söz vardı. Yəhudilər öz dillərindəki mənasını nəzərdə tutaraq bu sözlə Həzrət Peyğəmbərə (s.ə.s.) xitab etməyə başladılar. Bu səbəbdən yuxarıdakı ayə nazil olmuş müsəlmanlardan həmin ifadəni dəyişdirmələri tələb edilmişdir.)
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! ‘Raina (ərəbcə: bizi qoru, ibrani dilində: axmaq deməkdir.)’ deməyin. ‘Unzurnə (bizə bax)’ deyin. (Allahın hökmünü) dinləyin (eşidin). Kafirlər üçün ‘əlim əzab’ vardır.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Deməyin: «Riayət et bizə» deyin: «Nəzərə al bizi!» eşidin! kafirlər üçün əzab var ələmli!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər! (Peyğəmbərə xitab edərkən) «raina» (bizi riayət elə) deməyin, «unzurna» (bizə nəzər sal) deyin (-çünki, birinci ifadə yəhudilərin yanında nifrin mənasınadır-) (Allahın əmrini) eşidin! Kafirlər üçün ağrılı bir əzab vardır.
Kövsər Tağıyev:
Ey iman edənlər! “Raina (bizi nəzərində saxla)” deməyin, “Unzurna (bizə bax)” deyin eşidin. Kafirlər üçün acınacaqlı bir əzab var.1
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər ! "Ra`inə!"(Gözün üstümüzdə olsun) deməyib "Unzurnal!" (Bizə nəzər sal) deyin qulaq asın. Kafirlərə üzücü bir əzab vardır.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! "Raina" [sən bizim çobanımızsan/sən bizi güd, biz səni güdək] deməyin, "unzurna" [gözün bizdə olsun] deyin qulaq asın. Çox ağrılı əzab yalnız kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən kəslər] üçündür.