Taha Surəsi 104. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz onların deyəcəklərini yaxşı bilirik. Onların ən ağıllısı: “(Dünyada) cəmisi bir gün qaldınız!”– deyəcək.
Bünyadov-Məmmədəliyev:
Biz onların danışacaqlarını da yaxşı bilirik. Onların ən ağıllısı: “(Dünyada) cəmisi bir gün qaldınız!” deyəcək.
Elmir Quliyev :
Нам лучше знать, о чем они будут говорить. Самый примерный из них скажет: "Вы пробыли там мирской жизни) всего один день".
Ələddin Sultanov:
Biz onların danışdıqlarını daha yaxşı bilirik. Onların ən ağıllısı: “Yalnız bir gün qaldınız!” - deyəcək.
Kerbelayi Malik ağa:
Onların söylədikləri şeyləri Biz daha yaxşı bilirik. Onların ən ağıllı olanı ‘sadəcə bir gün qaldınız’ deyəcək.
Ələsgər Musayev:
Biz yaxşı bilirik ki, onlar deyirlər. Onda deyir onların təriqətlərində ağıllısı: «Qaldınız ancaq bir gün!»
A.Mehdiyev və D.Cəfərli:
Biz onların (Məhşər səhnəsinə gətirildikdən sonra ömürlərini ya Bərzəx aləmini əbədiliklə müqayisə edərək) dediklərini daha yaxşı bilirik. O zaman onların həqiqətə ən yaxın olanı deyər: «Bir gündən artıq qalmamısınız.» (Çünki azlıq qısalıq baxımından bir gün on gündən daha düzgün ədalətlidir.)
Kövsər Tağıyev:
–Onların haqqında danışdıqlarını biz daha yaxşı bilirik. O zaman aralarından ən ağlı başında olanı: “Siz sadəcə bir gün qaldınız”, deyəcək.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onların deyəcəklərini yaxşı bilirik. Onlardan daha doğru yol tutanı isə deyəcəkdir: "Siz cəmi bir gün qalmısınız".
Sabirə Dünyamalıyeva:
-Biz, aralarında danışacaqlarını daha yaxşı bilirik.- Ən üstün yolda olan: "Siz ancaq bir gün qaldınız" deyəcək.