Əlixan Musayev:
O gün göyü yazılı səhifələrin büküldüyü kimi bükəcəyik. (Məxluqatı) ilk dəfə yaratdığımız kimi yenə əvvəlki halına qaytaracağıq. Biz vəd vermişik. Sözsüz ki, Biz onu yerinə yetirəcəyik.
Bünyadov-Məmmədəliyev:
Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü (qiyamət gününü) yadınıza salın. (O gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi qaytarıb (dirildib) əvvəlki halına salarıq. Biz yerinə yetirməli olduğumuz vədi mütləq yerinə yetirəcəyik. (Biz qiyamət günü sizi dirildib lüt-üryan, anadangəlmə vəziyyətdə məhşərə gətirməyi vəd etmişdik. Biz onu mütləq edəcəyik).
Elmir Quliyev
:
В тот день Мы свернем небо, как сворачивают свитки для книг. Мы воссоздадим творения подобно тому, как начали творить их в первый раз. Так было обещано Нами. Воистину, Мы сделаем это.
Ələddin Sultanov:
O gün Biz göyü yazılmış səhifənin büküldüyü kimi bükəcəyik. İlk dəfə yaratdığımız kimi onu təkrar əvvəlki halına salacağıq. Biz vədimizi mütləq yerinə yetirəcəyik.
Kerbelayi Malik ağa:
O gün kitabların yazılı səhifələrinin büküldüyü kimi səmanı bükəcəyik. Onu ilk dəfə yaratmağa başladığımız kimi (əvvəlki vəziyyətinə) qaytaracağıq. Bu Bizim üzərimizdə bir vəddir. Şübhəsiz ki, bunu edəcək olan Bizik.
Ələsgər Musayev:
O gün ki,
səmanı bükərik nə qədər, kağızı yazmaq üçün bükərlər və onu
əvvəlki xilqətinə döndərərik üzərimizdə olan vədəyə görə.
Həqiqətən, olduq Biz fəaliyyət edənlər!
A.Mehdiyev və D.Cəfərli:
(Yada sal) o günü ki, Biz göyü (daxilində olan hər bir şeylə, lülə şəkilli) yazı səhifəsinin bürmələnməsi kimi bürmələyəcəyik. Məxluqatı birinci dəfə (zərrəciklərini su və torpaqdan toplayıb) vücuda gətirdiyimiz kimi yenidən qaytaracağıq (onun dağılmış və ya məhv olmuş zərrəciklərini toplayaraq əvvəlki vəziyyətinə salacağıq). (Bu iş) Bizim öhdəmizdə olan bir vəddir ki, Biz onu edəcəyik.
Kövsər Tağıyev:
Göyü yazılı kağız dəstələrinin bükülməsi kimi bükəcəyimiz günü düşün. Başlanğıcda ilk yaradılmanı necə etmişdiksə, – üzərimizə götürdüyümüz bir vəd olaraq – onu yenə edəcəyik. Biz bunu mütləq edəcəyik.
M.Qənioğlu və T.Bilaloğlu:
O günü Biz göyü yazı yazanın kağızı bükdüyü kimi qatlayıb bükərik. İlk dəfə onu necə yaratmışdıqsa, vədimizə görə eləcə də əvvəlki kimi edərik. Biz həqiqətən də (bunu) edənik.
Sabirə Dünyamalıyeva:
Biz göyü, kitabların bürmələndiyi kimi bürmələdiyimiz vaxt, ilk dəfə yaratmağa başladığımız kimi -dərgahımızdan verilmiş bir söz olaraq- onu yenidən var edəcəyik. Şübhəsiz ki, Biz edənik.