Möminun Surəsi 104. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Od onların üzünü yandıracaq. Onlar orada qıc olmuş vəziyyətdə qalacaqlar.
Bünyadov-Məmmədəliyev:
Cəhənnəm odu onların üzünü yandırar. Onlar orada (üst dodaqları başlarının tən ortasına, alt dodaqları isə göbəklərinə qədər uzanaraq) dişləri ağarmış vəziyyətdə durarlar.
Elmir Quliyev :
Огонь будет сжигать их лица, и там они будут корчиться.
Ələddin Sultanov:
Alov onların üzlərini yandırar onlar orada (üz dəriləri yandığı üçün) dişləri üzə çıxmış halda olarlar.
Kerbelayi Malik ağa:
Onların (iztirabdan) turşumuş olan üzlərini atəş yalayar.
Ələsgər Musayev:
Od onların üzlərini yandırar onlar orada çirkin surətdə yaşayacaqlar.
A.Mehdiyev və D.Cəfərli:
Od(un şölələri) şiddətlə üzlərinə çırpılar onlar orada qaşqabaqlı xar olarlar dodaqları yandığı üçün dişləri görünər.
Kövsər Tağıyev:
Cəhənnəm odu onların üzlərini yalayar onlar orada dişləri ağarmış vəziyyətdə qalarlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Od onların üzlərini qarsıdacaq onlar orada dişləri ağara- ağara qalacaqlar.
Sabirə Dünyamalıyeva:
Orada onlar, dişləri ağarmış halda [olarlaq] atəş üzlərini yalayar.