Tövbə Surəsi 104. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər onlar bilmirlər ki, Allah qullarından tövbəni qəbul edir, sədə­­ləri götürür Allah tövbələri qəbul Edəndir, Rəhmlidir?
Bünyadov-Məmmədəliyev:
Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar Allah tövbələri qəbul edəndir, rəhmlidir?!
Elmir Quliyev :
Неужели они не знают, что Аллах принимает покаяния от Своих рабов и принимает пожертвования, что Аллах Принимающий покаяния, Милосердный?
Ələddin Sultanov:
Onlar bilmirlərmi ki, Allah bəndələrinin tövbələrini sədəqələrini qəbul edir?! Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.
Kerbelayi Malik ağa:
Allahın qullarının tövbələrini sədəqələrini qəbul etdiyini bilmirlərmi? Şübhəsiz ki, Allah Təvvab (tövbələri qəbul edən) Rəhimdir.
Ələsgər Musayev:
Ə, bilmirlərmi Allah bəndələrindən qayıtmanı qəbul edər sədaqəti alar? Həqiqətən, Allah Təvvabdır, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Məgər onlar bilmirlərmi ki, bəndələrindən tövbəni Allah qəbul edir, sədəqələri (zahirdə Peyğəmbərin, yaxud haqq sahibinin almasına baxmayaraq) əslində Onun Özü götürür Allah tövbələri çox qəbul edən mehribandır?!
Kövsər Tağıyev:
Onlar bəndələrinin tövbəsini qəbul edənin sədəqələri alanın Allah olduğunu, tövbəni çox qəbul edənin, çox mərhəmətli olanın Allah olduğunu bilmədilərmi?
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onlar bilmirdilər ki, Öz bəndələrindən tövbəni Allah qəbul edir, sədəqələri O alır Allah tövbə qəbul edəndir, mərhəmətlidir?!
Sabirə Dünyamalıyeva:
Onlar bilmirlərmi ki, Allah, bəndələrinin tövbəsini qəbul edər, sədəqələri alır məhz Allah tövbələri çox qəbul edən, tövbə etməyə çox fürsət verən, çox mərhəmət edəndir?