Hud Surəsi 105. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Qiyamət) gəldiyi gün Allahın izni olmadan heç kəs danışa bilməz. Onlardan kimi bədbəxt, kimi xoşbəxt olacaq.
Bünyadov-Məmmədəliyev:
(Qiyamət) gəldiyi gün (Allahın) izni olmadan heç kəs danışa bilməz. (O gün) insanların bir qismi bədbəxt, bir qismi isə xoşbəxt olacaqdır!
Elmir Quliyev :
Когда этот день наступит, ни один человек не заговорит без Его соизволения. И среди них будут несчастные и счастливые.
Ələddin Sultanov:
(Axirət) gəldiyi gün Onun icazəsi olmadan heç kim danışa bilməz. Onlardan bəziləri bədbəxt, bəziləri xoşbəxt olacaqdır.
Kerbelayi Malik ağa:
O gün gəlincə, Onun izni olmadan kimsə danışa bilməz. O zaman onlardan bir qismi şakidir (bədbəxt), bir qismi səiddir (xoşbəxt).
Ələsgər Musayev:
O gündə ki, gələr, ancaq heç kəs Onun izni olmadan danışmaz. Onlardan olacaqdır bədbəxt olanları xoşbəxt olanları.
A.Mehdiyev və D.Cəfərli:
o (əcəl sona yetişən Qiyamət) gəlib çatan zaman Onun izni olmadan heç kəs danışmaz. Beləliklə, onlardan bəzisi bədbəxtdir (öz vücudunun bütün xeyirlərini puç edib) bəzisi xoşbəxt (öz vücudunun bütün xeyirlərini əldə edib).
Kövsər Tağıyev:
O gün gəldiyi zaman Allahın izni olmadan heç kim danışa bilməz. Onlardan bədbəxt (cəhənnəmlik) olanlar da var, xoşbəxt (cənnətlik) olanlar da.
M.Qənioğlu və T.Bilaloğlu:
O günə gəldikdə bir nəfər belə o zaman Allahın izni olmadan danışmayacaqdır. Onlardan bədbəxt olanı da, xoşbəxt olanı da olacaq.
Sabirə Dünyamalıyeva:
O gün gəldikdə, Allahın icazəsi olmadan heç kim danışmaz. Bax o gün insanlardan bir qismi bədbəxt bir qisimi xoşbəxtdir.