Əlixan Musayev:
Biz (Quranı) haqq olaraq nazil etdik, o da haqq olaraq nazil oldu. Səni də ancaq müjdə verən və xəbərdar edən (bir elçi )kimi göndərdik.
Bünyadov-Məmmədəliyev:
Biz (Quranı) haqq olaraq nazil etdik, o da haqq olaraq (heç bir dəyişikliyə uğramadan) nazil oldu. Səni də yalnız (möminlərə Cənnətlə) müjdə verən və (kafirləri cəhənnəm əzabı ilə) qorxudan sifəti ilə göndərdik.
Elmir Quliyev
:
Мы ниспослали его (Коран) с истиной, и он сошел с истиной, а тебя Мы послали только добрым вестником и предостерегающим увещевателем.
Ələddin Sultanov:
Biz onu haqq olaraq nazil etdik, o da haqq ilə nazil oldu. Səni də yalnız müjdəçi və xəbərdar edən bir elçi olaraq göndərdik.
Kerbelayi Malik ağa:
Biz Quranı haqq ilə nazil etdik və haqq ilə endi. Səni müjdələyici və xəbərdaredici olmağından başqa bir şey üçün göndərmədik.
Ələsgər Musayev:
Haqq ilə nazil etdik onu və haqq ilə nazil oldu. Biz səni
göndərmişik ancaq bəşarət verən və nəzərə çatdıran.
A.Mehdiyev və D.Cəfərli:
(Bu Qur’anı) haqq olaraq nazil etdik, haqq olaraq da nazil oldu (onun vəhy mənbəyindən çıxması haqq və uca bir məqsəd üçündür, nazil olması və qalması haqdır və o, hər bir səhv və təhrifdən uzaqdır). Biz səni (iman gətirənlər üçün) yalnız müjdə verən və (inkar edənləri) qorxudan göndərmişik (imamın vəzifələrindən olan icraya məmur və ya Allahın işlərindən olan cəzalandırmağa vəkil deyilsən).
Kövsər Tağıyev:
Biz onu (Qur`anı) haqq olaraq nazil etdik və o da haqq olaraq nazil oldu. Səni də sadəcə müjdələyən və xəbərdar edən olaraq göndərdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onu haqq ilə nazil etdik. O da haqq olaraq nazil oldu. Səni isə ancaq müjdə verən və xəbərdarlıq edən olaraq göndərdik.
Sabirə Dünyamalıyeva:
Və Biz Quranı yalnız haqq olaraq nazil etdik, o da yalnız haqq olaraq nazil oldu. Və Biz səni yalnız müjdə verən və xəbərdarlıq edən bir elçi etdik.