Kəhf Surəsi 105. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar Rəbbinin ayələrini Onunla qarşılaşacaqlarını inkar edən, buna görə bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, Qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik”.
Bünyadov-Məmmədəliyev:
Onlar o kəslərdir ki, Rəbbinin ayələrini Onunla qarşılaşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün Onun hüzurunda duracaqlarını) inkar etdilər, bununla da onların bütün əməlləri puça çıxdı. Buna görə Biz (qiyamət günü) onlar üçün bir daş-tərəzi qurmayacağıq!
Elmir Quliyev :
Это те, кто не уверовал в знамения своего Господа и во встречу с Ним. Тщетны будут их деяния, и в День воскресения Мы не отпустим им никакого веса (не придадим им никакого значения; или не поместим на чашу их добрых деяний ни одного праведного поступка)".
Ələddin Sultanov:
Onlar Rəbbinin ayələrini Onunla qarşılaşacaqlarını inkar edən beləcə, əməlləri puça çıxan kəslərdir. Buna görə qiyamət günü Biz onlar üçün heç tərəzi qurmayacağıq.
Kerbelayi Malik ağa:
Onlar Rəblərinin ayələrini Ona mülaki olmağı inkar etdilər. Beləcə onların əməlləri puç oldu. Artıq onlar üçün qiyamət günü mizan tutmarıq.
Ələsgər Musayev:
Həmin onlar o kəslərdir ki, kafir oldular ayətlərilə Rəblərinə Onun görüşünə. Onların əməlləri aradan gedər qiyamət günü onlar üçün vəzn etmərik.
A.Mehdiyev və D.Cəfərli:
Onlar öz Rəbblərinin (tovhid) ayələrinə (axirət günü) Onunla görüşəcəklərinə küfr etmiş kəslərdir. Beləliklə onların əməlləri (küfrlərinə görə) puç batil oldu nəticədə Qiyamət günü onlara heç bir dəyər verməyəcək əməllərinin ölçülməsi üçün bir tərəzi qurmayacağıq.
Kövsər Tağıyev:
Onlar Rəblərinin ayələrini Ona qovuşacaqlarını inkar edən, beləliklə, əməlləri boşa gedən, o səbəblə qiyamət günündə əməlləri(ni ölçmək) üçün bir tərəzi (belə) qurmayacağımız kimsələrdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bunlar öz Rəbbinin ayələrinə onunla görüşə inanmayan buna görə əməlləri hədər getmiş kəslərdir. Qiyamət günü Biz onlar üçün heç mızan-tərəzi qurmayacağıq.
Sabirə Dünyamalıyeva:
Bax onlar, Rəblərinin ayələrini Ona qovuşmağı bilə-bilə inkar etmiş/inanmamış kəslər idi, bu görə işlədikləri bütün əməlləri boşa getdi. Artıq qiyamət günü onlara bir ölçü qurmayacağıq/heç bir qiymət verməyəcəyik.