Ənbiya Surəsi 105. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra (nazil etdiyimiz )kitablarda da yazmışdıq ki, yer üzünə ­­nim əməlisaleh qullarım varis olacaqlar.
Bünyadov-Məmmədəliyev:
Biz kitabdan (Tövratdan, yaxud lövhi-məhfuzdan) sonra Zəburda da (cənnət torpağına, yer üzünə ya müqəddəs) torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq.
Elmir Quliyev :
Мы уже записали в Писаниях после того, как это было записано в Напоминании (Хранимой скрижали), что землю унаследуют Мои праведные рабы.
Ələddin Sultanov:
Şübhəsiz ki, Zikrdən sonra Zəburda da: “Yer üzünə saleh qullarım varis olacaqdır!” - deyə yazmışdıq. (Təfsirçilərin bir qismi yuxarıdakı ayədə qeyd edilən “Zikr” kəlməsi ilə “Tövrat”ın, bir qismi isə “Lövhi-məhfuz”un nəzərdə tutulduğunu ifadə etmişlər.)
Kerbelayi Malik ağa:
And olsun ki, Zikrdən sonra Zəburda da yazdıq ki, yer üzünə saleh qullarımız varis olacaq.
Ələsgər Musayev:
Əlbəttə, Biz yazdıq Zəburda zikrdən sonra ki, ərzin varisləri Mənim saleh bəndələrimdir.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Biz (Lövhi-Məhfuzdan sonra bütün səma kitablarında), Zikrdən (Musanın Tövratından) sonra (Davudun) Zəbur(un)da (və bu kitabların hamısından sonra Qur’anda) yazdıq qərara aldıq ki, bu yerin varisi (sahibi, hakimi bərəkətlərindən tam istifadə edən) Mənim saleh bəndələrim olacaqlar (və bunları qəsbkarların zalım rəhbərlərin əlindən alıb ədalət imamları onların canişinlərinə ötürəcəklər).
Kövsər Tağıyev:
And olsun, biz Zikrdən (Tövratdan) sonra Zəburda2 da: “Yer üzünə mənim saleh qullarım varis olacaqdır”, yazmışdıq.
M.Qənioğlu və T.Bilaloğlu:
(Allah dərgahındakı) yazıdan sonra artıq Zəburda da yazmışdıq ki, yerə [cənnətə] Mənim əməlisaleh bəndələrim varis olarlar.
Sabirə Dünyamalıyeva:
and olsun ki, Biz Öyüddən/Tövratdan sonra, Zəburda da "Şübhəsiz ki, yer üzünə ancaq Mənim saleh bəndələrim varis olacaq" deyə yazdıq.