Əlixan Musayev:
Həqiqətən, Biz sənə Kitabı haqq olaraq nazil etdik ki, insanlar arasında Allahın sənə vəhy etdiyi ilə hökm verəsən. Odur ki, xainləri müdafiə edənlərdən olma.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Həqiqətən, Biz sənə Quranı haqq olaraq nazil etdik ki, Allahın sənə göstərdiyi (öyrətdiyi, bildirdiyi) ilə insanlar arasında hökm edəsən. Xainləri müdafiə edən (onların xeyrinə mübahisə aparan) olma!
Elmir Quliyev
:
Мы ниспослали тебе Писание с истиной, чтобы ты разбирал тяжбы между людьми так, как тебе показал Аллах. Посему не препирайся за изменников.
Ələddin Sultanov:
Allahın sənə göstərdiyi şəkildə insanlar arasında hökm verəsən deyə Kitabı sənə haqq olaraq nazil etdik. Ona görə də xainlərin müdafiəçisi olma!
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, insanlar arasında Allahın sənə göstərdiyi şəkildə hökm etməyin üçün Biz sənə Kitabı haqq olaraq endirdik. Xəyanət edənlərə tərəfdar (müdafiə edənlərdən) olma.
Ələsgər Musayev:
Həqiqətən, Biz nazil
etdik kitabı sənə haqq ilə hökm etmək üçün insanlar arasında nə
ilə ki, göstərdi sənə Allah və olma xainlər üçün xosunlaşan!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Biz bu kitabı sənə haqq olaraq (uca və ağılın təsdiq etdiyi bir məqsədlə) nazil etdik ki, insanlar arasında Allahın sənə göstərdiyi əsasda hökm çıxarasan. Xainlərin müdafiəçisi olma!
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Biz sənə Kitabı (Qur`anı) haqq olaraq endirdik ki, insanlar arasında Allahın sənə öyrətdikləri ilə hökm verəsən. Əsla xainləri müdafiə etmə.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, Biz Kitabı sənə haqq olaraq nazil etdik ki, insanlar arasında Allahın sənə göstərdiyi kimi hökm verəsən. Xainlərin tərəfdar olma!
Sabirə Dünyamalıyeva:
Şübhəsiz Biz, Bizim sənə göstərdiyimiz kimi insanlar arasında hökm edəsən deyə, Kitabı haqq olaraq nazil etdik. Sən də xainlərin müdafiəçisi olma!