Əlixan Musayev:
Bədbəxtlərə gəlincə, onlar Od içərisində qalacaqlar. Onlar orada fəryad qoparacaq və zarıyacaqlar.
Bünyadov-Məmmədəliyev:
Bədbəxt olanlar od içərisində (Cəhənnəmdə) qalacaqlar. Onları orada ah-fəryad gözləyir.
Elmir Quliyev
:
Несчастные пребудут в Огне, где они будут вздыхать и хрипеть.
Ələddin Sultanov:
Bədbəxt olanlar cəhənnəmdədirlər. Onlar orada ah-fəryad içində çətinliklə nəfəs alarlar.
Kerbelayi Malik ağa:
Şaki olanlara gəlincə, artıq onlar atəşdədir. Onlar orada yüksək səslə inləyərək və çox çətinliklə nəfəs alıb verərlər.
Ələsgər Musayev:
Amma o kəslər ki,
bədbəxtdirlər – oddadırlar. Orada onlar üçündür bağırtı və
sızıltı
A.Mehdiyev və D.Cəfərli:
Bədbəxt olanlara gəlincə, onlar od içərisindədirlər, orada nalələri və (uzunqulaqların anqırtısına bənzər) nəfəs alıb-vermələri vardır.
Kövsər Tağıyev:
Bədbəxt olanlara gəlincə, onlar cəhənnəmdədirlər. Onların orada şiddətli bir xırıltıları var.
M.Qənioğlu və T.Bilaloğlu:
Bədbəxt olanlar cəhənnəm odu içərisində (olacaqlar). Onlar orada ah-vay və hönkürtü içərisində olacaqlar.
Sabirə Dünyamalıyeva:
Bax o bədbəxt olanlar cəhənnəm atəşi içindədirlər. Onlar üçün orada köks ötürmə və hıçqırma vardır.